NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 737
Tovuzda yanğında meyitləri tapılan ər-arvadın qətlə yetirildiyi məlum olub - YENİLƏNİB

Tovuzda yanğında meyitləri tapılan ər-arvadın qətlə yetirildiyi məlum olub - YENİLƏNİB

Tovuz şəhərində yanğın baş vermiş evdə meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.


"İslaminSesi.info" bildirir ki, APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. P. Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdır və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.

 

Qeyd edək ki, yanğın hadisəsi ötən gecə Tovuz şəhərində ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə baş verib. Hadisə yerinə rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alov tez bir zamanda söndürülüb.

***

"İslaminSesi.info" bildirir ki, “Report”un  məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.  

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system