NAMAZ VAXTLARI:
  • FƏCR 04:25
  • GÜN 05:54
  • ZÖHR 12:45
  • ŞAM 19:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 289
Tovuzda faciə - qadın mağazada yandı

Tovuzda faciə - qadın mağazada yandı

Tovuzda 62 yaşlı qadın mağazanın içində yanıb.

 
"İslaminSesi.info" xəbər verir ki, APA-nın  məlumatına görə, hadisə rayon bazarındakı gül dükanında baş verib.
 
 
 
Mağaza sahibi Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasından alışıb.
 
 
 
Qadın yaxınlıqdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.
 
 
 
Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə xəstəxanalarının birinə köçürülüb.
 
 
 
Hadisə nəticəsində qadının bədəninin 65 faizi yandığı bildirilir.
 
 
 
Nərgiz Əmiraslanovanın yeni güllər gəldiyi üçün mağazada gecələdiyi deyilir.
 
 
 
Hadisə nəticəsində obyektə və içindəki mallara ciddi ziyan dəyməyib.
 
 
 
Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system