NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 64
Tövbənin qəbul olunması üçün 6 şərt

Tövbənin qəbul olunması üçün 6 şərt

İslaminSesi bildirir ki, Tövbənin qəbul olmasının bir çox şərtləri vardır.

 O cümlədən:

 

1. İnsan günahı cahillik, nadanlıq üzündən yerinə yetirərsə, tövbəsi var. Əgər üsyan üzündən olarsa – tam ayrı vəziyyətdir. Belə ki, əgər İlahi hökmlərə düşmənçilik üzündən edərsə, bu əməl küfr hesab olunar. Belə bir əməlin tövbəsi o zaman qəbul olar ki, həmin küfr halından geri dönsün və peşman olsun. Üsyan etməsin və inadını əldən versin.

 

2. İnsan əgər günah edən kimi tövbə edərsə, yəni çox zaman keçməmiş peşman olub tövbə edərsə, Allah tövbəsini qəbul edər. Çünki bu günahın çirki hələ ruhuna hopmamışdır. 

 

3. İmam Əli (ə) buyurur: “İsitğfarın dərəcə və məqamı vardır və 6 mənaya malikdir:

 

1). Keçmişinə görə peşman olmaq.

2). Günaha qayıtmamağa görə qərara gəlmək.

3). İnsanların haqqını əda etmək, Allahı öhdəsində heç bir haqq olmadan görmək.

4). Bütün zay olmuş vacibləri yerinə yetirmək.

5). Haramdan yaranmış əti qəm və qüssə ilə suya çevirmək.

 

6). İtaətin əziyyətini bədənə daddırmaq, necə ki, günahın şirinliyini dadmışdı. Ondan sonra deyəsən: “Əstəğfirullah””.

 

Bəs tövbənin qəbul olmasını necə hiss edək?

1. Tövbə etdikdən sonra xüsusi hüzur və rahatlıq hiss etmək.

 

2. İnsan hər nə qədər çox günahına görə peşman olarsa və ağlayaraq tövbə edərsə, Allah tövbəsini o qədər rahat qəbul edər.

 

3. Allahın Təvvab olduğuna inanaraq, tövbə etmək. Yəni, İlahi vədəyə iman bəsləyərək tövbə edilərsə, bu tövbə qəbul olar.

 

4. Tövbənin təsirini əməllər və rəftarlarımızda görə bilərik. Əgər günaha rəğbətimiz azalarsa və İlahi itaətdə daha mətanətli olarıqsa, tövbəmizin qəbul olduğunu göstərər.

 

Allah Təala bizlərə həqiqi tövbə durumu nəsib etsin.

 /Deyerler.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system