NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tokayev etirazçılardan üzr istəyib - "Onlar dərhal buraxılacaq" /Video/

Oxundu: 463
"

Qasım-Jomart Tokayevin zəfər qazandığı 9 iyunda keçirilən prezident seçkilərindən sonra Qazaxıstanda etiraz aksiyaları səngimir.

 

 

"İslaminSesi" xəbər verir ki, 30 ilə yaxın müddət Qazaxıstana rəhbərlik etmiş N. Nazarbayevin xələfi olaraq Tokayevi göstərməsi etiraz aksiyalarının başlıca səbələrindən hesab olunur.


"Euronews"in suallarını cavablandıran Qazaxıstanın yeni prezidenti, problemləri ictimaiyyətlə dialoq yaradaraq həll edəcəklərini bildirib.


- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı seçkilər zamanı seçici hüquqlarının pozulduğu haqqından hesabat verib. Hesbatda səslərin sayılıması prosesi etibarsız hesab edilib. Bu məlumatları diqqətə alıb tədbir görməyi planlaşdırırsınız?

 

- Şəffaf seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Bəzi seçki məntəqələrində xoşagəlməz halların yaşandığını qəbul edirəm və təbii ki bu mövzuda hərtərəfli analizlər aparılacaq. Bu hallar öz təsdiqini taparsa ardıcıl tədbirlər görüləcək.


- Bütün dünya seçkilər günü etiraz aksiyalarını izlədi. Seçkilərin anti-demokratik keçirildiyini iddia edən yüzlərlə adam saxlanıldı. Bu məsələyə münasibətiniz necədir?


- İnsanlar etiraz aksiyası üçün küçələrə çıxdı. İndi onların tələbləri araşdırılır. Mənim işim həmin insanların tələblərini analiz etmək, nəticə çıxarmaq və etirazçıları dinləməkdən ibarətdir. Hakimiyyət və xalq arasında ünsiyyətin yaradılmasının tərəfdarıyam. Bu məqsədlə "İctimai Təminat Komitəsi" yaratmışam.


- "Twitter" istifadəçisi olduğunuz məlumdur. Həmin sosial platformada "Oyan Qazaxıstan" və "Qazax baharı" kimi həştəqlar son zamanlarda populyarlaşıb. Ancaq seçkilərlə bağlı etirazlar da səngimir. Əgər etiraz dalğası böyüyərsə sizin buna reaksiyanız necə olacaq?


- Biz daha çox ünsiyyətə üstünlük veririk. Sözügedən etirazçıların əsas hissəsini yaradıcı gənclər təşkil edir. Siyasətdə ən böyük amalım gəncləri iqtidara çəkmək və milli problemləri həll etmələrinə kömək etməkdir. Təbii ki, bütün etirazçıların nümayəndəsi dəvət olunacaq. Ona görə də problemləri meydanlarda yox, dəyirmi masa ətrafında həll etməliyik.


- Etiraz aksiyaları yatırılacaqmı?


- Təbii olaraq qeyri-qanuni olan hər şeyə son veriləcək. Baş Prokurorluq küçələrdə keçirilən icazəsiz mitinqlərin, üsyanların qanunsuz olması barədə dəfələrlə xəbərdarlıq edib. Çünki, onların bu hərəkətləri etirazlara qoşulmaq istəməyənləri də narahat edir. Ona görə də öz fikirlərini müdafiə etmək üçün aksiya keçirənlər aidiyyatı qurumlara müraciət edəcək və onlara bu fürsətin verilməsini leqallaşdıran qanun layihəsi hazırlanacaq.


- Bəs etiraz aksiyalarında həbs edilənlərin taleyi necə olacaq?


- Prokurora bu məsələni ciddi nəzarətə götürməsi barədə göstəriş vermişəm. Saxlanılan şəxslər arasında ictimai asayişi pozmayan, səhv iş görməmiş insanlar varsa təbii ki, onlar ən qısa zamanda buraxılacaq. Mənə orada təsadüfən olan insanların da həbs edildiyi barədə məlumat verilib. Əlbəttə onlardan üzr istəyirik. Onlar dərhal buraxılacaq və bu problem öz həllini tapacaq.


- Bəs seçkilərin ədalətli keçirilmədiyini müdafiə edənlərin aqibəti necə olacaq?


- Təbii ki azadlığa buraxılacaqlar, çünki bu onların öz fikridir. Məsələn, mən seçkilərin ədalətli keçirildiyini fikirləşirəm, bu qədər.


- Prezident seçildikdən sonra ilk rəsmi səfərinizi Rusiyaya etdiniz. Putin sizi dəvət etdi? Rusiyaya getmə səbəbiniz nə idi? Sizdən hər hansı mövzuda zəmanət istədi?


- Rusiya prezidenti məndən heç nə istəmədi, çünki hər ikimiz ölkələr arasındakı əməkdaşlığı artırmaq mövzusunda həmfikirik. Məncə Rusiya böyük bir dövlət və BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Qazaxıstan üçün vacib əhəmiyyətə malikdir. Ancaq bu da həqiqətdir ki, Qazaxıstan olmasa Rusiya da bir az fərqli olardı.

 

- Avropa ilə strateji əlaqələrin taleyi haqqında nə deyə bilərsiniz? Bu əlaqələrin əsas prinsipləri nələrdir?


- AB Qazaxıstanın ən böyük ticarət müttəfiqidir. Məncə Qazaxıstan bir çox mövzuda inkişaf etmiş Avropa ölkələrinin təcrübəllərindən faydalanmalıdır.


- Çin və ABŞ ticarət müharibəsi edirlər. Qazaxıstan iqtisadiyyatı üçün sizcə hər hansı risk mövcuddurmu?


- Bəli, risklər var. Çünki Qazaxıstan təbii ehtiyatlarının böyük bir qismini Çinə ixrac edir. Sözügedən ehtiyatların qiyməti enə bilər ki, bu da hazırda ən böyük riskdir. Ancaq mən Çin və ABŞ-ın gec-tez ortaq məxrəcə gələcəklərini düşünürəm.


- Çin mütəxəssisi və çin dilini bilən biri olaraq Donald Trampa nəyi tövsiyə edərdiniz?


- Donald Trampa çinliləri sıxışdırmamağı tövsiyyə edərdim. Çünki çinlilər üçün öz nüfuzları böyük əhəmiyyət daşıyır.


- İlk qərarınız Astananın adını Nursultan olaraq dəyişmək oldu. N. Nazarbayevin sizdən əvvəl 30 ilə yaxın iqtidarda olması sizin işinizə necə təsir edəcək? Onunla mütəmadi görüşəcəksiniz? Qazaxıstanın idarəetmə sisteminin İrana oxşadılması ehtimalı var?


- O dövlətimizin qurucusudur və siyasi fəaliyyətini davam etdirir. Məncə strateji mövzularda ondan məsləhət almalıyam. N. Nazarbayev istefa edərkən iqtidarda ikibaşlılığın olmayacağını dedi. Ancaq o prezidentə kömək edəcək. Bunu nə vaxta kimi edəcəyinə isə o qərar verəcək.


Xatırladaq ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə hüququ olanların 77,5 faizinin gəldiyi seçkidə Qasım-Jomart Tokayev, səslərin 73,16 faizini toplayıb. Bu faiz Qərb ölkələri üçün çox yüksək göstəricidir, amma keçmiş prezident Nazarbayevin göstəriciləriylə müqayisədə heç də ümidverici deyil: ən pis 1999-cu il seçkisində belə "Elbası" 80 faiz seçicinin səsini qazanmışdı.


Onu da qeyd edək ki, seçkiylə bağlı etirazlara hakimiyyət hədsiz sərt reaksiyayla cavab verdi. Politoloqlar hesab edirlər ki, indilik ölkədə vahid etiraz vektoru yoxdur, amma əhali arasında etiraz ovqatı mövcuddur və müəyyən şərtlər daxilində o, istiqamətlənmiş hal ala bilər.(Yeniavaz.com)

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system