NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Timsahın göz yaşları – Alovu körükləyən ABŞ vasitəçi rolunda

Oxundu: 535
Timsahın göz yaşları – Alovu körükləyən ABŞ vasitəçi rolunda

Eldəniz Quliyev: “Ağ Ev adəti üzrə yenə də öz riyakar siyasətini yeridir və guya nəyisə həll etməyə çalışır, amma atdığı addımlar saxtadır”

 

2017-ci ildə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıdığı skandal qərar İsrail-Fələstin probleminin həllini bir daha dalana saldı, Yaxın Şərqdə sülh ümidlərini dəfn etdi. Və Təl-Əvivin planına - bu müqəddəs şəhərin yəhudiləşdirilməsi siyasətinə sürət qazandırdı.

 

Təhlilçilər hesab edirlər ki, Amerika və bu dövlətə indiyə qədər rəhbərlik edən qüvvələr hər zaman başqa şey deyib, sonra isə başqa hərəkət ediblər. Yəni ABŞ dünyadakı problemlərin həllinin çox vacib olduğunu bəyan edərkən, digər tərəfdən münaqişə ocaqlarını daha da körükləyib.

 

ABŞ İsraildəki səfirliyini Təl-Əvivdən rəsmən Qüdsə daşıdığı zaman fələstinlilər böyük etiraz aksiyaları keçirdilər. İsrail əsgərləri ilə qarşıdurmada 60-dan çox fələstinli həyatını itirdi.

 

Qeyd edək ki, belə bir situasiyada ABŞ-dan maraq doğuran növbəti bir çağırış səslənib. Belə ki, yanvarın bu yaxınlarda İsveçrədə keçirilən 49-cu Davos Dünya İqtisadi Forumuna video-konfrans vasitəsilə qatılan ABŞ-ın dövlət katibi Mayk Pompeo Fələstinlə İsrail arasında sülhün təmin edilməsi planından danışıb.

 

Pompeo “Əsrin razılaşması” adı verilən layihəyə işarə edərək, sülhün təmin edilməsi üçün əhəmiyyətli addımlar atdığını bildirib. “Fələstin və İsrail hansısa yollarla masaya oturmalıdır. ABŞ isə bu prosesdə tərəflər arasında yaxşı münasibətlərin qurulmasına çalışacaq”, dövlət katibi qeyd edib.

 

Bəs Qüdsü İsrailin paytaxtı kimi tanıyan və özünün bu ölkədəki səfirliyini Qüdsə köçürən Amerikadan Fələstin-İsrail münaqişəsinin ədalətli həllini gözləmək olarmı?

 

Mövzunu Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevlə davam etdirdik. E.Quliyev “İslamınsəsi”nə açıqlamasında bildirdi ki, Birləşmiş Ştatlar İsrail və Fələstin arasında sülhün bərqərar olmasında maraqlı deyil və çox güman ki, gələcəkdə də maraqlı olmayacaq: “Atılan addımlar qeyri-səmimidir, onlarda  saxtakarlıq elementləri var. Əgər ABŞ istəsəydi, Fələstin münaqişəsi, İsrail-Fələstin münasibətləri artıq həllini tapmışdı. Amma adəti üzrə Ağ Ev yenə də öz riyakar siyasətini yeridir və guya ki nəyisə həll etməyə çalışır.

 

ABŞ heç zaman xarici siyasətində mütərəqqi olmayıb. Həmişə haçalı siyasət aparıb. Fələstin məsələsinə münasibətdə isə Amerika ikiqat qeyri-səmimidir, İsrail rejiminin lehinə siyasət yürüdür və istəklərini yerinə yetirir. Belə olmasaydı, Amerika dünyanı qarşısına alıb, Qüds şəhərini İsrailin paytaxtı kimi tanımazdı. Belə olmasaydı, minlərlə günahsız fələstinli qətlə yetirilməzdi.

 

ABŞ “ilan vuran ala çatıdan qorxar”məsəlini qulaqardına vurur. Çünki özü ilandır, zəhəri də kərtənkələ rolunda olan İsraildən alır. Amerika və İsrail bu tandemi sonadək qoruyacaq, ona kölgə sala biləcək heç bir addım atmayacaqlar. Bu səbəbdən düşünürəm ki, ABŞ-ın İsrail və Fələstin arasında vasitəçi rolu, sülhdə maraqlı olması sadəcə siyasi çəfəngiyyatdır”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system