Tiflisdə növbəti etiraz dalğası başladı

Oxundu: 248
Tiflisdə növbəti etiraz dalğası başladı

Tiflisdə parlamentin binası önündə növbəti etiraz aksiyası başlayıb.

 

"İslaminSesi" Musavat.az-a istinadən xəbər verir ki, altıncı gündür keçirilən aksiyanın tələbləri elan olunub.


Aksiyaçılar daxili işlər naziri Georgi Qaxariyanın istefası və Tiflisdə iyunun 20 və 21-də saxlanılan etirazçıların hamısının azadlığa buraxılmasını tələb edirlər.


Müxalif “Güc birlikdədir” birliyinin liderləri də parlamentin ətrafına toplaşıb. Onlar parlamentin Vahid Milli Hərəkat Partiyasından olan deputatı Nika Melianın həbsi ilə bağlı Baş Prokurorluğun qərarına etirazlarını bildiriblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system