The National Interest: "Rusiyanı fövqəldövlətə Hitler çevirib"

Oxundu: 67
The National Interest:

"Adolf Hitler Sovet İttifaqını Almaniyanın koloniyasına, rus xalqını isə qula çevirmək niyyətində idi, lakin bu plan SSRİ-ni super qüvvəyə çevirdi".

İslaminSesi xəbər verir ki, bu fikirlər ABŞ-ın "The National Interest" qəzetində dərc olunub.
 
Amerikalı ekspert Maykl Pek bildirir ki, Rusiya Hitlerin axmaqlığından əvvəl çox inkişaf etməmişdi. Ərazi və təbii ehtiyatlarına, əhali sayına görə böyük qüvvə olan Rusiya hətta Napoleon ordusunu belə məhv etməyə qadir idi. 1940-cı illərdə Adolf Hitlerin generalları, hətta ABŞ, Britaniyadan olan rəsmilər Moskvanın Almaniya qarşısında dura biləcəyinə inanmırdı. Lakin Rusiya öz ayaqları üzərində dayanmağı və dünyanın iki super qüvvəsindən birinə çevrilməyi bacardı.
 
Məqalədə Hitler Almaniyasının hücumu olmadan SSRİ-nin dirçəlişinin mümkünsüzlüyü vurğulanır. Qələbədən sonra Sovet İttifaqı Almaniya, Bolqarıstan, Macarıstan, Rumıniyada kommunist rejimini yarada və Avropada öz mövqelərini gücləndirə bildi./Qaynarinfo/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system