NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tərtərdəki partlayışda xəsarət alanlardan biri ölüb - VİDEO

Oxundu: 82
Tərtərdəki partlayışda xəsarət alanlardan biri ölüb - VİDEO

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

"İslaminSesi.info" - nın Report-a istinadən verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan 23 yaşlı Əsgər Məmmədov müalicə olunduğu Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

 

Partlayış zamanı xəsarət alan digər yaralı Seymur Rzayevin müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, noyabrın 29-da Tərtər rayonunun Qaradağlı kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı iki nəfər ağır bədən xəsarətləri alaraq, ilk öncə Tərtər rayon Mərkəzi Xəstəxanasına, sonra isə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

 

Faktla bağlı Tərtər rayon Prokurorluğunda cinayət işi başlanıb. Araşdırma aparılır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system