NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 243
Tərtərdə baş vermiş dəhşətli qətlin təfərrüatları

Tərtərdə baş vermiş dəhşətli qətlin təfərrüatları

Tərtər rayonunda ərin öz həyat yoldaşını qətlə yetirməsinin təfərrüatı məlum olub.

İslaminSesi bildirir ki, qətlə yetirilən Rufanə Cəfərlinin atası Müzəffər Cəfərov "Report"un Qarabağ bürosunun əməkdaşına açıqlamasında deyib ki, qızı 1993-cü il təvvəlüdlü R.Hüseynova həyat yoldaşı Emin Hüseynovla Bakıda universitetdə təhsil alarkən tanış olublar.

Onun sözlərinə görə, qızı 3 il əvvəl ailə qurub və Bakıda yaşayıb:

 

"Qızımla həyat yoldaşı Emin Hüseynov arasında dəfələrlə münaqişə olub. Bu səbəbdən qızım azyaşlı övladını da götürüb bir neçə ay əvvəl bizə gəlmişdi. Bu müddət ərzində həyat yoldaşının təhqirlərinə məruz qalıb. İki ay əvvəl həyat yoldaşı evimizə silahlı basqın da edib".

 

M.Cəfərov bildirib ki, E.Hüseynov oktyabrın 20-də saat 10-11 radələrində 3 nəfərlə kəndə gələrək həyat yoldaşını və övladını evinə aparmaq istəyib: "Qızı Rufanə buna qarşı çıxıb. Emin cibindən bıçaq çıxararaq Rufanəyə azyaşlı oğlu Mehman Hüseynov və anası Vəsilə Əliyevanın gözləri qarşısında 8 bıçaq zərbəsi vurub. Qızım hadisə yerində ölüb".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system