Terrorçular Süleymaninin şəhadətinə sevindiklərini dilə gətirdilər

Oxundu: 212
Terrorçular Süleymaninin şəhadətinə sevindiklərini dilə gətirdilər

Əl-qaidə terrorçuları Qasim Süleymaninin şəhadətinə sevindiklərini dilə gətiriblər.

 

İslaminSesi farsnews-a istinadən xəbər verir ki, bu barədə əl-Qaidəyə bağlı olan “Hərasud-din” terrorçu qruplaşması bəyanat yayıb və ABŞ-ın bu əməlindən sevinc duyduqlarını bildiriblər.

 

Terrorçu qruplaşma liderlərindən olan Əbu Əbdurrəhman əl-Məkki öz Tvitter hesabında sevincini paylaşaraq, Süleymaninin kim tərəfindən öldürülməsinin əhəmiyyət kəsb etmədiyi, əsas onun ölüm xəbərinin sevindirici bir hal olduğunu bildirib.

 

İŞİD-ə bağlı qruplaşmalar da bu bu ölüm xəbərindən böyük sevinc hissi yaşadıqlarını bildiriblər.

 

İŞİD-ə bağlı “Ən-nəbə” qəzeti General Süleymaniyə qarşı ABŞ tərəfindən törədilən terror aktını alqışladığını, hadisədən böyük sevinc hissi yaşadıqlarını yazır.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system