DÜNYA

Oxundu: 133
Terror hərəkatı olsalar da Əfqanıstan hökümətinin hiyləgər çağırışına mətin cavab verdilər

Terror hərəkatı olsalar da Əfqanıstan hökümətinin hiyləgər çağırışına mətin cavab verdilər

İslaminSesi.info. Ötən həftənin şənbə günü Əfqanıstan prezidenti Əşrəf Qəni keçirilməsi bu ilin oktyabr ayına planlaşdırılan parlament və yerli seçkilərdə iştirak etmək üçün vətəndaşların qeydiyyatının başlandığını rəsmən elan edib.

O, bu fürsətdən istifadə edərək "Taliban" hərəkatını da seçkilərdə iştirak etməyə taliblərin çağırıb. Əşrəf Qəni bildirib ki, "Taliban" hərəkatı siyasi qüvvəyə çevrilməlidir və hökumətin sülh prosesinə başlamaq üzrə daha öncə irəli sürdüyü təklifdən istifadə etməlidir. 

 

Əfqanıstan prezidentinin seçkilərdə iştirak və sülh prosesinə qoşulmaq təklifinə Taliban hərəkatı bu gün cavab veriblər. Taliban hərəkatı cavabda qeyd edib ki, onlar üçün başlıca məsələ ölkədəki xarici hərbi qüvvələrə qarşı mübarizə olaraq qalır və seçkilərdə iştirak etməyəcək.

 

"Hazırda Əfqanıstanda bütün siyasi və hərbi qərarlar xaricilər tərəfindən qəbul edilir. Hakimiyyət orqanlarına seçilmək imkanı yalnız o şəxslərin vardır ki, onları da Ağ Ev və Pentaqon artıq seçib".

 

"Taliban" hərəkatı qarşıdakı seçki tədbirlərini "səhnə tədbiri" kimi xarakterizə edib və əfqan xalqını onlarda iştirakdan çəkinməyə çağırıb.

 

Qeyd edək ki, Taliban hərəkatı 1994-cü ildə yaradılıb və ölkənin İslam qanunları ilə idarə olunması ilə çıxış edir. Hərəkat ölkədə törədilmiş bir çox terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system