NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 107
Təqsirkar deyiləm - Sürücünü döyən general oğlu

Təqsirkar deyiləm - Sürücünü döyən general oğlu

Bakıda avtobus sürücüsünə qarşı xuliqanlıq etməkdə təqsirli bilinən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun məhkəmə prosesi başlayıb.

İslaminSesi Lent.az-ın məlumatına istinadən bildirir ki,  Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəni elan edib.

 

İttihama münasibət bildirən Rüstəm Orucov özünü təqsirli bilməyib. O, məhkəmədə ifadə verərək xuliqanlıq etmədiyini deyib.

 

Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə düşməsinə səbəb olub, vətəndaşların gözü qarşısında həmin sürücüyə bir qrup şəxslə xəsarətlər yetirərək xuliqanlıq edib.

 

Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi də törətdiyinə və hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, lakin 2016-cı ildə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

 

Faktla bağlı 2017-ci il 4 İyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işinə başlanıb.

 

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system