NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Telefonların qeydiyyat rüsumlarının bu qədər artırılması sadəcə rüsvayçılıqdır” – Osman Gündüz

Oxundu: 4750
“Telefonların qeydiyyat rüsumlarının bu qədər artırılması sadəcə rüsvayçılıqdır” – Osman Gündüz

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Nazirlər Kabinetinin qərarı ilə mobil telefonların qeydiyyat rüsumunun minimum 4 dəfə ,maksimum isə 30 dəfəyədək qaldırılması ilə bağlı qərarına münasibət bildirib

“İslaminSesi” xəbər verir ki, o bu barədə özünün facebook səhifəsində məlumat yayıb. Osma Gündüzün sözlərin görə indiyədək 5 manat olan qeydiyyat rüsumu bundan sonra telefonun modelindən asılı olaraq 20-150 manat olacaq:

 

“Nazirlə Kabineti bununla bağlı "Mobil cihazların qeydiyyata alınmasının 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar verib və bu qərar fiziki şəxslərin şəxsi istehlak üçün gətirdiyi telefonlara şamil olunur. Dərhal bu qərara münasibət bildirərək qeyd etmək istərdim ki bu, sadəcə rüsvayçılıqdır. Başqa bir izahat tapa bilmirəm. Kimdir bu qərarın müəllifi? Kimlər bununla bağlı NK -ya müraciət edib? Bu, sadəcə müxtəlif qrupların varlanmaq ehtirasının göstəricisidir. Bu addım mobil telefon bazarında kimlərinsə maraqlarını qorumaqla yeni inhisarçılıq yaratmaqdır. Bu, insanların müasir texnologiyalara “Telefonların qeydiyyat rüsumlarının bu qədər artırılması sadəcə rüsvayçılıqdır” – Osman Gündüzəlçatımlığımın məhdudlaşdırılması, innovasiyaların, 4G ,5G , LTE texnologiyaların inkişafının qarşısının alınmasıdır. Bu, rəqəmsal cəmiyyətə , rəqəmsal hökumətə keçidin qəsdən ləngidilməsinə cəhddir.

 

Osman Gündüz onu da əlavə edib ki, son dövrlər kimlərsə məqsədyönlü olaraq vətəndaşların kütləvi olaraq narazılığının qaldırılmasında maraqlıdırlar:


“Heç bir normal məntiqə sığmayan addımlar atılır. İctimai müzakirələr , hesabatlılıq hədsiz azalıb. Düşünürəm ki bu qərar həm də Prezidentin son zamanlarda qəbul etdiyi rəqəmsal hökumətə keçid, innovasiyaların təşviq və tətbiq edilməsi , rəqəmsal sahibkarlığın inkişafı ilə bağlı sənədlərə tam ziddir. Fikrimcə PA bu məsələyə ciddi reaksiya verməlidir. Hesab edirəm ki hökumət nəinki bu qərarın qüvvəsini dayandırmalı, hətta bu qərarın təşəbbüsçüləri, lobbiçilik edənlər aşkara çıxarılmalı və müvafiq tədbirlər görülməlidir.”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system