NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tələbələr arasında ölümlə nəticələnən kütləvi davanın təfərrüatları məlum oldu - VİDEO

Oxundu: 1670
Tələbələr arasında ölümlə nəticələnən kütləvi davanın təfərrüatları məlum oldu - VİDEO

Bakı İdarəetmə ve Texnologiya Kollecinin tələbələri arasında ölümlə nəticələnən dava ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Bakı İdarəetmə ve Texnologiya Kollecinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, II kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava baş verib. Nəticədə tələbə Qalib Əsgərzadə dünyasını dəyişib. Hadisə ilə bağlı informasiya agentliklərinin yaydığı məlumatda isə bildirilir ki, Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.
 
İslaminSesi.info  AzToday.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırmalar zamanı məlum olub ki, baş verən dava heç də Bakı İdarəetmə ve Texnologiya Kollecinin ərazisindən kənarda baş verməyib. Kollecdə təhsil alan tələbələrin dediyinə görə, dava məhz Bakı İdarəetmə ve Texnologiya Kollecinin bufetində başlayıb və kollecin həyətində də davam edib. Belə ki, bir qrup tələbə mübahisə zəminində kollecin bufetində Qalib Əsgərova hücum edərək, ona ağır bədən xəsarətləri yetirmişlər. Kollec səlahiyyətlilərinin hadisəyə müdaxiləsi nəticəsində dava edən tərəflər kollecin binasından çıxarılıb. Daha sonra isə dava kollec binasının kənarında davam edərək, ölümlə nəticələnib. Sosial şəbəkələrdə yayılan video-görüntülərdən də məlum olur ki, Qalib Əsgərov kollecdən çıxarkən, paltarı cırılmış vəziyyətdədir. Bu da davanın kollec binasının daxilində başlandığını deməyə əsas verir.
 
Qalib Əsgərovun ailə üzvlərinin verdiyi açıqlamada isə bildirilir ki, Qalib Əsgərov da heç zaman epilepsiya xəstəliyi olmayıb. Ailə üzvlərinin sözlərinə görə, dəfələrdə tibbi müayinələrdən keçirilən Qalib Əsgərovun səhhətində heç bir problem qeydə alınmayıb.
 
Qalib Əsgərovun yaxınları həmçinin iddia edirlər ki, məlum hadisə zamanı təkcə Cümşüd Balabəyov yox, başqa tələbələr də davanın iştirakçısı olub və Qalib Əsgərova ağır-bədən xəsarətləri yetiriblər.
 
Ailə üzvləri həmçinin Bakı İdarəetmə və Texnologiya Kollecinin rəhbərliyini istintaq prosesinin obyektiv aparılmasına mane olmaqda günahlandırır.
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system