NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Təl-Əvivdə nümayişçilər Netanyahunu istefaya çağırdı

Oxundu: 101
Təl-Əvivdə nümayişçilər Netanyahunu istefaya çağırdı

Qəzza ətrafındakı Yəhudi yaşayış məntəqələrindən gələn təxminən 400 etirazçı Təl-Əvivin mərkəzindəki əsas yollardan birini nəqliyyata bağlayaraq, regionlarında təhlükəsizliyin təmin olunmaması səbəbiylə İsrail Baş naziri Benyamin Netanyahu əleyhinə aksiya keçirib.

“İslaminSesi” Regionlarında təhlükəsizliyin hər keçən gün pisləşdiyini bildirən nümayişçilər tez-tez "Bibi (Netanyahu) evinə dön, sənə ehtiyacımız yoxdur", "Bibi istefa, cənub yanır" kimi şüarlar səsləndirərək, Baş naziri hədəfə alıb.

 

İsrailin cənubunda Qəzzaya yaxın ərazilərdə yəhudi yaşayış məntəqələrində təhlükəsizliyin təmin olunmasında Netanyahu hökumətinin yetərsiz qaldığını qeyd edən nümayişçilər "Cənub daha artıq səssiz qalmayacaq" yazılı plakatlar açıb. Son yaşanan gərginlikdən sonra fələstinli qruplar ilə İsrail arasında əldə olunan atəşkəsi də tənqid edən nümayişçilər Netanyahunu istefaya çağırıb.

 

Polis ilə nümayişçilər arasında gərginliyin də yaşandığı etiraz səbəbilə Təl-Əviv şəhərinin mərkəzindəki bəzi yollarda nəqliyyat sıxlığı yaranıb.

/Eastnews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system