NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 138
Təhsil Nazirliyi: Son illər ali məktəbə ərizə verənləri sayında əhəmiyyətli dərəcədə azalma var

Təhsil Nazirliyi: Son illər ali məktəbə ərizə verənləri sayında əhəmiyyətli dərəcədə azalma var

Son dörd tədris ili üzrə ali təhsil müəssisələrinin tələbə qəbulunun kəmiyyət göstəriciləri açıqlanıb.

 

İslaminSesinin xəbərinə görə, Təhsil Nazirliyi nin illik hesabatında bildirilib ki, 2014-2015-ci tədris ilində 84 878, 2015-2016-cı tədris ilində 88 366, 2016-2017-ci tədris ilində 87 730, 2017-2018-ci tədris ilində 84 836 nəfər tam orta məktəbi bitirib. Keçən ilə nisbətən bu il tam orta məktəbi bitirənlərin sayı 2 894 nəfər azalıb.

 

2014-2015-ci tədris ilində 97 362, 2015-2016-cı tədris ilində 93 116, 2016-2017-ci tədris ilində 89 444, 2017-2018-ci tədris ilində 73 774 nəfər ali məktəbə ərizə verib. Ərizə verənlərin sayında ötən illər ərzində mütəmadi olaraq azalma baş verib. 2017-2018-ci tədris ilində 2014-2015-ci tədris ili ilə müqayisədə ali məktəbə ərizə verənləri sayında əhəmiyyətli dərəcədə (23 588) azalma var. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system