ÖLKƏ
Oxundu: 225
Təhsil Nazirliyi: Müəssisələr kadr hazırlığında məsuliyyəti ali məktəblərlə bölüşməlidir
13:45, 16.12.2017
Ölkəmizdəki müəssisələr kadr hazırlığında məsuliyyəti ali təhsil müəssisələri ilə bölüşməlidirlər.
"İslaminSesi.info" Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən III Məzun-Karyera Sərgisinin açılışında çıxış edərkən deyib.
Onun sözlərinə görə, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi üzrə 2015-ci ildə təsdiqlənmiş Fəaliyyət Planında ali təhsil təhsil müəssisələrinin inkişafı məhz təhsil, elm və innovasiyanın birgə tətbiqi ilə olmalıdır. Bu da ali təhsil müəssisələri üçün bəzi tələbələri ortaya qoyur.
S.Gözəlov qeyd edib ki, ali təhsil müəssisələrinin əmək bazarındakı mövqeyini möhkəmləndirmək, öz əmək qabiliyyətini gücləndirmək üçün əsas şərtlərdən biri ali təhsil müəssisələri ilə iş dünyasının - istehsalat müəssisələrinin əlaqələrini gücləndirməkdir.
Nazirlik rəsmisi hesab edir ki, ali məktəblərin müəssisələrlə əlaqəsinin qurulması il ərzində 1-2 dəfə olmalı deyil, bu iş sistemli şəkildə qurulmalıdır:
"Başqa sözlə, istehsalat sahəsi ali təhsil müəssisəsinə, yaxud ali təhsil təhsil müəssisəsi iş dünyasına yaxınlaşmalıdır. Bütün bu yaxınlıq ölkədə kadr hazırlığında məsuliyyətin bölüşməsi deməkdir. Yəni ali təhsil müəssəsisəsi məsuliyyəti yalnız öz üzərinə götürərək kadr hazırlamamlıdır. Onun hazırladığı kadrlar müəssisə üçündür. Ona görə də ölkəmizdəki müəssisələr, xüsusilə aparıcı müəssisələr həmin ali təhsil müəssisəsi ilə kadr hazırlığında məsuliyyəti bölüşməlidirlər".
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
5-ə qədər saya bilmədiyi üçün azərbaycanlı ata uşağa işgəncə verdi – Dəhşət 22:01, 20.04.2018
-
Eldar Mahmudov və MTN-nin keçmiş idarə rəisi məhkəməyə verilib 16:50, 20.04.2018
-
Binəqədidə "BMW" yanıb 16:19, 20.04.2018
-
Sabah Azərbaycanda yeni baş nazir seçiləcək 15:51, 20.04.2018
-
Ombudsman məmurlara irad bildirdi 15:32, 20.04.2018
-
Sumqayıtda 18 yaşlı gənc itkin düşdü 15:19, 20.04.2018
-
Nazirlik Şamaxıda bələdiyyə sədrini cərimələdi 15:03, 20.04.2018
-
Bakıda yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib 14:46, 20.04.2018
FOTO XƏBƏR
BÜTÜN FOTO XƏBƏRLƏRVİDEO XƏBƏR
BÜTÜN VİDEO XƏBƏRLƏR
Bu şəxsi küçədə görsəniz dilənçi zənn edə bilərsiniz - 6 milyard dollara sahibdir

Berlin təxliyyə olunur -Yarımtonluq bomba aşkarlanıb

Bakıda dəhşətli hadisə: Falçı yanına gələn qızları zorlayıb, videoya çəkib -FOTOLAR

Corc Buşun seçkilərini saxtalaşdıran xakerin istintaq görüntüləri - İnanılmaz etiraf
ŞƏRH YAZIN