DÜNYA

Oxundu: 63
Tehranda keçirilən Dünya Əhli-beyt Sevərləri konfransı başa çatıb - Yekun bəyannamə

Tehranda keçirilən Dünya Əhli-beyt Sevərləri konfransı başa çatıb - Yekun bəyannamə

İslaminSesi.info Rasthaber-ə istinadla xəbər verir ki, Tehranda yüzlərlə din xadiminin iştirakı ilə keçirilən Dünya Əhli-beyt Sevərlərinin konfransı başa çatıb.

Konfransda islam dünyasının hazırki vəziyyəti, problemləri və gələcəkdə atılmalı olan addımlar müzakirə edilib, sonda isə yekun bəyanat yayımlanıb. Bəyanatın əsas gündəmi Qüdsdən ibarət olub.

 

İslaminSesi.info Rasthaber-ə istinadla xəbər verir ki, bəyanatı təqdim edir:

 


Allahın adı ilə

İslam dünyasının bu gün əlində tutduğu önəmli fürsətlər və gün keçdikcə artaraq yayılan İslami oyanışın qarşısında başda Amerika və tərəfdaşları olmaqla dünya imperializmi bu irəliləyişin və əməkdaşlığın qarşısını almaq üçün İslam dünyasında fitnə və qarışıqlıq salmaqdadır. Bu səbəbdən də müsəlmanlar arasında məzhəbçiliyi və təkfirçiliyi yaymaq istəyir.

Belə əhəmiyyətli və həssas bir dövrdə İslam dünyasının ortaq nöqtəsi olan Əhli-beytə sarılmaq böyük zəruriyyət və ehtiyac olmaqdadır.

 

Alınan qərarlar:

Tehranda Dünya Əhli-beyt Sevənlərinin daimi baş katibliyinin və mərkəzi şurasının yaradılması.

Dünya miqyasında imperializmlə mübarizə və İslam dünyasını müdafiə etmək üçün nəzəri və əməli hazırlıqların aparılaraq, lazımi əlaqə və kanalların təmin edilməsi.

İslami vəhdətin müsəlmanların arasında yayılması və vəhdətin dəstəklənməsi.

İslam ölkələri arasında əməkdaşlığın artırılması və İslam ölkələrinin mövcud olan təhdidlər və problemlər qarşısında birgə hərəkət etməsi.

İslam dünyasında Müsəlmanlara qarşı qanunsuzluqların və soyqırımların qınanaraq, Yəmən, Bəhreyn, Myanma və Afrika kimi ölkələrdə azadlıq istəyən müsəlman xalqlara sahib çıxılması.

Qüds və Fələstin məsələsinin hər zaman canlı və diri saxlanaraq bu sahədə ciddi işlərin görülməsi və müqavimətin gücləndirilməsi.

İslam dünyasında mövcud olan tekfirci fikirlərlə mübarizə.

İslami oyanışı üç əsas xətt üzərindən genişləndirmək; Antiimperializm, antisionizm və antiotoritar.

Müsəlmanları yumşaq müharibə (inandırma müharibələri) qarşısında bütün sahələrdə məlumatlandırmaq.

İslam mədəniyyətinin mənəviyyat, ədalət, hüquq-mühafizə və ağıl əsasında həyat tapması üçün mübarizə aparmaq.

Düşmənin İslam dünyası üzərində fəaliyyətini zəiflətmək və əhalininsayını artırmaq.

 

Related image

 

Qeyd edək ki, bu, artıq Tehranda keçirilən sayca ikinci konfransdır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system