NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Təhlükə qapıda: İŞİD üzvləri MDB sərhədinə toplaşır

Oxundu: 114
Təhlükə qapıda: İŞİD üzvləri MDB sərhədinə toplaşır

Bu terrorçuların böyük əksəriyyəti Suriyada döyüşlərdə iştirak edən MDB vətəndaşlarıdır.

 

"İslaminSesi" - "İraq və Şam İslam Dövlət (İŞİD) terror təşkilatının filialı olan "Vilayəti Xorasan" hazırda təxminin 5 minə qədər yaraqlısını MDB ölkələri ilə sərhəd olan Əfqanıstanın şimal rayonlarına cəmləşdirib". 

 

Sputnikin "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə bunu Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib.

 

Düşənbədə MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanlarının rəhbərlərinin şurasında çıxış edən Bortnikov qeyd edib ki, Şimali Afrika və Asiyada beynəlxalq terrorçular tərəfindən yeni meydanların yaradılması tendensiyası davamlı xarakter almağa başlayıb.

 

"Xüsusi ilə terror qruplaşmalarının MDB ölkələri ilə sərhəd olan Əfqanıstanın şimal rayonlarında cəmləşməsi narahatlıq doğurur. Bu regionlarda İŞİD-in filialı olan "Vilayət Xorasan" artıq 5 minə yaxın yaraqlı cəmləşdirib. Bu terrorçuların böyük əksəriyyəti Suriyada döyüşlərdə iştirak edən MDB vətəndaşlarıdır" - deyə Bortnikov qeyd edib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system