NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

MƏDƏNİYYƏT

Oxundu: 542
Təbrizdə XII Fəcr Şeir Festivalı keçiriləcək

Təbrizdə XII Fəcr Şeir Festivalı keçiriləcək

“İslam İnqilabının qələbəsindən sonra təxminən 150 min Türkçe şeir kitabı nəşr edilb. Bu il İslam İnqilabının 40-cı ildönümü ərəfəsində nəşr olunan türk dilli şeir kitablarının ən yaxşı şairi və əsərləri XII Fəcr Şeir Festivalında seçiləcək”

Təbrizdə XII Fəcr Şeir Festivalı keçiriləcək. İslaminSesi xəbər verir ki, bu barədə festivalın icracı direktoru Mehdi Gizilli məlumat verib. Onun sözlərinə görə festivalın türk şeir bölməsinə təxminən 200-ə yaxın əsər göndərilib.

 

12 Fəcr Şer Festivalının xəbər konfransında danışan Mehdi Gizilli, Təbrizin 2018-ci ilin İslam Ölkələri Turizm Paytaxtı olaraq seçildiyini bildirib. O, qeyd edib ki, Fəcr Festivalının bu ilki bağlanış mərasimləri Təbrizdə keçirilir və bizlər də bu vasitə ilə Təbrizin İslam Ölkələrinin Turizm paytaxtı seçilməsi fonuda ilk addım olaraq Fəcr Şeir Festivalının sonlandırma mərasimini bu şəhərdə keçirmək istəyirik.

 

Fəcr Şer Festivalının İdarəçi direktoru onu da əlavə edib ki, "Yetkinlər", "Uşaq və Yeniyetmələr " və "Şer haqqında" başlıqlı mövzular üç hissədə nəşr olunacaq:

 

“Katiblik tərəfindən festival üçün 3400 şeir kitabı “Yetkinlər”, təxminən 670 əsər "Uşaq və Yeniyetmələr 200 şer isə “Şer” bölməsinə iştirak üçün təqdim edilib.
Digər tərəfdən müsabiqədən sonra seçiləcək türk ədəbiyyatı bölməsində də 200 əsər var.

 

Mehdi Gizilli sözlərinin davamın vurğulayıb ki, XII Fəcr Festivalının bağlanış mərasimi 25 Fevral 2018–ci il bazar günü Təbrizin Petroşimi salonunda keçiriləcək. Festivalın sonunda "Yetkinlər", "Uşaq və Yeniyetmələr " və "Şer" bölümlərində iştirak edən ən yaxşı müsabiqə iştirakçıları mükafatlandırılacaq:

 

“Festivalın bağlanışından bir gün əvvəl Təbriz və Azərbaycanın bir çox şairi Təbrizin şer gecəsində öz şeirlərini söyləyəcəklər. Buna əlavə olaraq bu il ən yaxşı yayımçının seçilməsiylə birlikdə "Türk ədəbiyyatı" xüsusi hissəsi də olacaq ki, türkçə əsərlər araşdırılaraq ən yaxşıları seçiləcək.”

 

İslam İnqilabından öncə türk dilli əsərlərin nəşr edilməsinin qadağan edildiyini söyləyən Mehdi Gizilli əlavə edib:

 

“İslam İnqilabının qələbəsindən sonra təxminən 150 min Türkçe şeir kitabı nəşr edilb. Bu il İslam İnqilabının 40-cı ildönümü ərəfəsində nəşr olunan türk dilli şeir kitablarının ən yaxşı şairi və əsərləri XII Fəcr Şeir Festivalında seçiləcək.”

 

Bu dəfə ki, şer festivalında Türkiyə, Azərbaycan və İraqdan da qonaqların iştirak edəcəyini söyləyən icraçı direktor, “bu dəfəki İranın müxtəlif bölgələrindən yaşayan akademik, hakim və elmləri namizədi olan şəxslər dəvət edilib. Eyni zamanda Türk ədəbiyyatı üçün isə fərqli qonaqlar dəvət edilmişdir. Ümid edirəm ki, bu festival türk ədəbiyyatının inkişafına yüksək töhfələr verəcək. “

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system