Təbriz əhalisi İnqilaba dəstək, iğtişaşlara etiraz olaraq meydanlara axışdı – Foto

Oxundu: 1558
Təbriz əhalisi İnqilaba dəstək, iğtişaşlara etiraz olaraq meydanlara axışdı – Foto

Təbriz əhalisi İslam İnqilabına dəstək və iğtişaşlara etiraz olaraq böyük bir izdihamla meydanlara çıxdı.

 

İslaminSesi farsnews-a istinadən bildirir ki, bu gün Təbriz əhalisi böyük bir izdihamla küçələrə çıxıb və ölkədə baş verən qarışıqlığa və iğtişaşlara etiraz ediblər.

 

Təbrizlilər Ali Dini rəhbərin yanında olduqlarını, hər cür zorakılığa, ölkədə qeyri sabitlik yaratmaq istəyənlərə qarşı olduqlarını bəyan ediblər.

 

İnsanlar benzinin bahalaşması bəhanəsi ilə süni şəkildə yaradılan qarşıdurmaları, təhlükəsizlik qüvvələrinə hücum edib onları öldürməyi, hökümət binalarına od vurub yandırmağı, İran İslam hökümətinə qarşı hər cür təxribatı pislədiklərini bildiriblər.

 

 

Ağ kəfəni rəmzi libaslar kimi geyinən insanlar İnqilab Rəhbərinə tabe olduqlarını, hər an Ali Dini Rəhbərin əmrinə hazır olduqlarını dilə gətirərək "biz bura Rəhbərə görə gəlmişik" kimi şüarlar səsləndiriblər:

 

“Etiraz millətin haqqıdır! İğtişaş düşmənin xeyrinədir!”,

“Yeganə çıxış yolu rəhbərliyə itaətdir!”

“Azərbaycan oyaqdır, inqilaba dayaqdır!”

“Biz Xameneiyə əsgər, ölməyə hazırıq!”

 

Xatırladaq ki, İranda cümə günündə başlayan etirazlar zamanı iğtişaşçılar benzin doldurma məntəqələrin, hökümət binaların, elmi-dini hövzələri, dini kitab, hətta Quranı belə yandırıblar. Üç təhlükəsizlik əməkadşı öldürülüb. 

O cümlədən Amerika və sabiq devrilmiş şahın mühacirətdə olan oğlu Rza Muhəmməd Pəhləvi insanları iğtişaşa, dövlət çevrilişinə sələyirdi.

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system