NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 814
Təbətəbai ləqəbli seyyidlər kimlərdir?

Təbətəbai ləqəbli seyyidlər kimlərdir?

Təbətəbailər İmam Həsənin (ə) nəslindən olan seyyidlərdir. Lakin qeyd etmək lazımdır ki, İmam Həsənin (ə) nəslindən olanlar hamısı Təbatəbai deyil.

İslaminSesi.info- Seyyid dedikdə zehnimizə Peyğəmbər övladları gəlir. Ümumi nəzər budur ki, seyyidlər Hz. Əli (ə) ilə Xanım Zəhranın (ə) övladları və onların nəslidir. Daha doğrusu İmam Həsən (ə) və İmam Hüseynin (ə) övladları və onların nəslindən olanlardır.

 

İmamətə gəlincə digər imamlar yalnız İmam Hüseynin (ə) nəslindəndir. İmamət diqqəti daha çox çəkdiyi üçün İmam Həsənin (ə) övladları və onların nəsli barədə az araşdırmalar aparılır, az yazılır. Təbətəbailər də bu cürdür. Onlar İmam Həsənin (ə) nəslindən olan seyyidlərdir. Amma qeyd etmək lazımdir ki, bu ləqəb heç də  imam Həsənin(ə) bütün övladlarına və sülaləsinin bütün nümayəndələrinə verilmir. İmam Həsənin(ə) törəmələri olanlara Sadati-Həsəni (Həsəni seyidlər) deyirlər. Onların arasında bəziləri Təbatəbaidir.

 

Şeyx Mufid imam Həsənin(ə) övladlarının sayının 15 olduğunu bildirir. İmamın oğlanları arasında yalnız dördünün nəsli davam etmişdir. Onlar bunlardır:

 Həsəni-Müsənna, Zeyd, Əmr, Hüseyni-Əsrəm.

 

Əmrlə, Hüseyni-Əsrəmin nəsli ikinci əsrdə aradan getdir. Yalnız Həsən- Müsənna ilə Zeydin nəsli davam etdi. Həsən-Müsənnanın nəslinin nümayəndələri daha çox tanınmış olublar. Hətta onun nəslindən Afrikanın şimalında və Mərakeşdə əsrlərlə hökmdarlıq etmiş İdrisilər sülaləsi (788-974)gəlir.

 

Təbatəba ləqəbli şəxs isə İmam Həsənin (ə) oğlu Həsən- Müsənnanın nəvəsi İbrahim Təbatəbadır. Təbatəba yalnız İbrahimin nəslinin nümayəndələrinə deyilir. Bunun da səbəbi iki cür açıqlanır:

 

1-Əl-Məclisi “Ənsabut-Talibin” əsrində yazır: İbrahim qəba sözünü deyə bilmirdi. O pəltək olduğuna görə qəbaya “təba” deyirdi. Ona görə ona (İbrahimə) Təbatəba deyilirdi.

 

2- Amma Dehxoda lüğət kitabında, Sirrus-Silsiləl-Ələviyyə və Ümdətut-Talib əsərində deyilir ki, Təbatəba qədim nəbti dilində Xacələrin xacəsi (ağaların ağası və ya seyyidlərin seyyidi) deməkdir.

 

Yaşar Nuriyev

 

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system