NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tarixin ən yaxşı futbol məşqçilərinin reytinqi açıqlanıb

Oxundu: 454
Tarixin ən yaxşı futbol məşqçilərinin reytinqi açıqlanıb

Fransanın “France Football” nəşri tarixin ən yaxşı futbol məşqçilərinin siyahısını açıqlayıb.

İslaminSesi - Reytinqə hollandiyalı Rinus Mixels başçılıq edir. Şotlandiyalı Aleks Ferqyuson ikinci sıradadır. “Üçlüy”ü italiyalı Ariqo Sakki qapayır.

 

İlk “onluq”da həmçinin hollandiyalı Yohan Kroyff, ispaniyalı Xosep Qvardiola, ukraynalı Valeri Lobanovski, fransalı Elenio Errera, italiyalı Karlo Ançelotti, avstriyalı Ernst Happel və şotlandiyalı Bill Şenkli yer alıb.

 

Qeyd edək ki, Hollandiya millisi AVRO-1988-də R.Mixelsin rəhbərliyi altında çempion olub. 2005-ci ildə 77 yaşında vəfat edən mütəxəssis “Ayaks”la 4 dəfə ölkə çempionu olub, 3 dəfə Hollandiya Kubokunu qazanmaqla yanaşı, Çempionlar Liqasını əldə edib. O, “Barselona”nın sükanı arxasında ölkə çempionu olmaqla yanaşı, İpsaniya Kubokunu götürüb. R.Mixels “Köln”ün baş məşqçisi kimi Almaniya Kubokunda da uğur qazanıb. (Report)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İDMAN XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system