NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 516
Tarixdə bu gün və İmam Hüseyn (ə) qələbəsi

Tarixdə bu gün və İmam Hüseyn (ə) qələbəsi

Bu gün İmam Hüseyn (ə) Kərbəlaya daxil olur. Məhərrəm ayının birinci 10 günlüyü fəzilət və rəhmət dolu günlərdir.

İslaminSesi.info - Məhərrəm ayı hicri təqviminin birinci ayıdır. İl bu ayla başlayır. Məhərrəm ayının 2-ci günü tarixdə İmam Hüseynin (ə) Kərbəla adlı vadiyə daxil olduğu gün kimi tarixə yazılıb. 

Rəcəb ayında Mədinədən Məkkəyə həcc ziyarətinə səfər edən İmam (ə) Kufəlilərin on minlərlə dəvət məktubuna cavab olaraq Məkkədən Kufəyə doğru hərəkət etdi. Məhərrəm ayının bu günki günü Yəzid ordusunun sərkərdəsi Hürr ibn Riyahinin ordusu ilə rastlaşaraq Kərbəla adlı vadidə karvanın hərəkəti dayandırıldı.

Atası Əli (ə) və qardaşı imam Həsənin (ə) xilafəti dövründə onların yanında olan, onların imamət bayrağı altında olan imam Hüseyn (ə) qardaşı imam Həsənin (ə) şəhadətindən sonra imamət kürsüsünə oturdu.

Şərait və imamətin tələblərin görə imam Hüseyn (ə) qaradaşı imam Həsəndən fərqli olaraq dövrün fasiq xəlifəsi ilə beyət etməyib onun hakimiyyətini tanımadı. Müaviyyə də zalim və fasiq idi. Lakin imam Həsən (ə) onunla sülh müqaviləsi bağladı. Araşdırmaçı alimlərin rəyinə əsasən imam Hüseyndən (ə) fərqli olaraq imam Həsənin (ə) xəlifə ilə anlaşmasına bir neçə dəlil qeyd ediblər. Bunlardan ən diqqət çəkəni Müaviyyənin Yezidən fərqli olaraq zahirən islam dinin şərtlərini qoruması, özünü Peyğəmbərin (s) və əvvəlki xəlifələrin xələfi (davamçısı) kimi göstərməsi idi. Bu vəziyyət də zahiri cihadı tələb etmirdi.

Yezid atasından fərqli olaraq bütün islamı dəyərləri və xilafətin islami əsaslarını zahirdə heçə sayaraq ümməti birbaşa meşə mədəniyyətinə sürükləyirdi. Bu vəziyyətdə tək və həyati təhlükəsi olmasına baxmayaraq İmama (ə) zahiri cihad vacib olur. İmam (ə) şəhid ediləcəyinə baxmayaraq ictimai rezenans doğurmaq və bu rezenansın güclü dalğası ilə Yezid hakimiyyətini silkələmək üşün qiyam etdi. Nəticəsi də məlum. İmamın (ə), Peyğəmbər balasının şəhadəti bütün islam ümmətini silkələdi və bu silkələmə Yezid hakimiyyətinin əsaslarını elə laxlatdı ki, yaxın bir zamanda güclü bir xanədan həqircəsinə, ləyaqətsizcəsinə çöküb həmişəlik lənətə düçar oldu. Bu İmam Hüseynin (ə) öz hədəfinə çatıb, qələbə qazanması demək idi.


Y.Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system