NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 259
 Tapança ilə silahlanmış şəxs İranın Vaşinqtondakı nümayəndəliyinə hücum edib

Tapança ilə silahlanmış şəxs İranın Vaşinqtondakı nümayəndəliyinə hücum edib

İslaminSesi.info

Bu barədə aprelin 25-də IRNA xəbər agentliyi məlumat verib. Məlumata görə, tapança ilə silahlanmış şəxs şənbə günü səhər saatlarında Vaşinqtonda yerləşən İran Maraqları Şöbəsinə soxularaq binanın şüşələrini və avadanlıqlarını sındırmağa başlayıb.

 

ABŞ-ın Gizli Xidməti hücum edən şəxsin silahla atəş açmadığını bildirib. Hücumçu hadisə yerinə yetişən təhlükəsizlik xidməti tərəfindən saxlanılıb. Şahidlərin sözlərinə görə, İran əleyhinə şüarlar qışqırıb və idarənin bir əməkdaşını vurub. 

 

 

Hücumdan sonra müştərilərə bütün xidmətlər tamamilə dayandırılıb. Hücum edən şəxs həbs olunub lakin onun kimliyi barədə sonradan heç bir məlumat verilməyib.

 

Qeyd edək ki, İranın maraqları şöbəsi ABŞ-dakı yeganə İran nümayəndəliyidir və Pakistan səfirliyinin binasında fəaliyyət göstərir. Nümayəndəlik İran ABŞ və Kanadadakı İran vətəndaşlarının məsələləri ilə məşğul olur. Hücum ABŞ Prezidenti Donald Trampın İrana qarşı hədələyici ifadələr işlətməsindən sonra edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system