NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 255
Tanışını od vurub yandıran şəxsə 14 il həbs verildi

Tanışını od vurub yandıran şəxsə 14 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının üstünə benzin töküb yandırmaqda ittiham olunan Səbuhi Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"İslaminSesi.info" -nın  xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxumub. Hökmə əsasən, Səbuhi Ağayev 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonunda baş verib. Sərxoş vəziyyətdə olan Səbuhi Ağayev münaqişə zəminində tanışı Anar Muradovun üstünə benzin tökərək yandırıb.

 

Yanıq xəsarətləri almış A.Muradov xəstəxaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

 

İttiham tərəfinin qənaətinə görə, Səbuhi Ağayev Anar Muradovu öldürmək niyyəti ilə yandırıb. Buna görə də S. Ağayevə Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system