NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 356
Tanınmış vəhhabi alimi məşhur türk serialı haqda fətva verib: Baxmaq haramdır

Tanınmış vəhhabi alimi məşhur türk serialı haqda fətva verib: Baxmaq haramdır

“Türkiyənin Ərtoğrul serialı islam ümmətinə müsibət gətirir və ona baxmaq haramdır”

İslaminSesi.info Rassd.com-a istinadla xəbər verir ki, bunu Misirin sələfi “Nur” partiyasının mənəvi lideri vəhhabi alimi Yasir Bərhami deyib.

 

Misirdə "Sələfi dəvəti" cəmiyyətinin sədr müavini olan bu vəhhabi alimi Türkiyənin çəkdiyi məşhur "Diriliş Ərtoğrul" serialı haqda bunu deyib:

 

“Problem serialın təkcə müsiqisində və ya qadınlarda, tarixin təhrif edilməsində deyil, daha təhlükəli problem İbni-Ərəbinin (islam dünyasının ən məşhur arif və sufi alimlərindən biri) fikirlərini yaymaqdır. Hal bu ki camaat  onun yalnız əsərlərinin adlarını bilirlər..”

 

 Yasir Bərhaminin başçılıq etdiyi “Sələfi dəvəti” cəmiyyətinin saytında yəni “Soutus-Sələf” (Sələfilərin səsi) saytında gəlib ki, o, serialın haram olması fətvasını verib və bunu əlavə edib:

 

“Bu serial türk millətçiliyini təbliğ edir və islam dünyasının rəhbərliyinin onlar tərəfindən olmasını formalaşdırır...”

 

O əlavə edib:

 

“Bu dövlətin (Türkiyə) cəsədinə yeridilən bidətlər, son əsrlərdə türk təəssübkeşliyi və xurafatı islam dünyasının böyük müsibətinə səbəb olan amildir. Bu səbəb oldu ki, islam dünyası süqut edib, qərb tərəfindən işğal edilsin və səbəb oldu ki xilafət dağılsın” deyə vəhhabi alimi on səkkiz və on doqquzuncu əsrlərdə vəhhabilərin və Ali-Səudun ingilislərlə birləşib müsəlman türk əsgərlərinə qarşı müharibəyə qalxmasını dilinə gətirməkdən çəkinib.

 

Qeyd edək ki, bundan öncə ərəb dünyasının ən böyük media qurumu olan Səudiyyənin MBC media qurupu da türk seriallarının yayımını qadağan etmişdi.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system