Tanınmış jurnalistlərdən Əfqan Muxtarlı ilə bağlı ölkə rəhbərliyinə MÜRACİƏT

Oxundu: 88
Tanınmış jurnalistlərdən Əfqan Muxtarlı ilə bağlı ölkə rəhbərliyinə MÜRACİƏT

Ötən il məhkəmənin qərarı ilə 6 il azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli sosial şəbəkələrdə onun səhhətinin ağırlaşması barədə məlumat yayıb.

 

İslaminSesi Modern.az - a istinadən  xəbər verir ki, vəkil Əfqan Muxtarlının şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkdiyini qeyd edib. O vurğulayıb ki, sentyabr ayının əvvəllərində Penitensiar Xidmətin tibbi əməkdaşları jurnalisti müayinə ediblər:


“Halbuki, müayinənin nəticələri barədə nə mənə, nə də onun özünə məlumat verilməyib, yəqin ki, çox ciddidir.

 

Əvvəllər ölkə həyatı üçün əlamətdar günlərdə siyasi məhbuslarla bağlı geniş əfv sərəncamının olacağı barədə qeyri-hökumət təşkilatları, ictimai və siyasi fəallar, hətta hakimiyyət nümayəndələrin bəzi məlumatları cəmiyyətə sızdırırdılarsa da, indi bunlar da dəbdən düşüb. Bir neçə gündən sonra oktyabrın 18-də Dövlət Müstəqilliyin bərpası günü qeyd olunacaq. Bu bayram münasibətilə Əfqan Muxtatlının azad edilməsi onun ailəsinə bayram töhfəsi olardı.

 

Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanılması yaxşı olardı”.

 

Əfqan Muxtarlının həmkarları, son vaxtlar birgə media layihələri ilə çıxış edən Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və Mehman Əliyev vəkilin bu çağırışına qoşulublar. Onlar Azərbaycan ictimaiyyətini də bu müraciəti dəstəkləməyə səsləyiblər. Jurnalistlər ölkə rəhbərliyindən Dövlət Müstəqilliyi ərəfəsində Əfqan Muxtarlının azadlığa buraxılmasını xahiş edib, bunun ölkədəki mühitin sağlamlaşmasına təsir göstərəcəyinə əminlik bildiriblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system