İSLAM

Oxundu: 239
Tanınmış əxlaq ustadını heyrətləndirən yeniyetmə şəhidin vəsiyyəti

Tanınmış əxlaq ustadını heyrətləndirən yeniyetmə şəhidin vəsiyyəti

16 yaşlı şəhidin vəsiyyəti tanınmış əxlaq ustadı höccətül-islam Mohsen Qiraətini belə heyrətləndirdi.

İslaminSesi.info - Əxlaq ustadı Mohsen Qiraəti hal-hazırda islam dünyasında ən təsirli xətiblərdən biridir. Onun çıxışları çoxlarının qəlbinə mənəvi məlhəm qoyub. Onun özü son çıxışlarını birində bir yeniyetmə şəhidin mənəvi məktubundan çox mütəəssir olduğunu deyir. O, bu məktubdan çox mütəəssir olduğunu belə dilə gətirir:

 

"İllər sonra yeniyetmə bir şəhidin vəsiyyətini tapdılar. Bu məktubdakı vəsiyyət möhtəşəmdir. Həmişə demişəm ey kaş Allah bildiyim 4-5 kəlməni məndən alsın və mənə belə bir ruhiyyə versin. İllər sonra tapılan yeniyetmə şəhidin vəsiyyətində deyilir:

 

“Bədənimi torpağa, ruhumu Allaha, inqilab yolumu isə sizə tapşırıram”

 

Bu cümlənin bütün banklardakı pullar qədərində dəyəri var. Yenidən deyək: “Cismimi torpağa, ruhumu Allaha, inqilab yolumu sizə tapşırıram.” Bu çox gözəl cümlədir. Bir 16-17 yaşlı yeniyetmə elə bir kəlmə işlədir ki, hikmətli insanların kəlamlarından da üstündür."

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system