HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 99
Tale Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi vəkillərin çıxışı ilə davam edib

Tale Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi vəkillərin çıxışı ilə davam edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tale Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib


APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış edib.

Vəkil Fəxrəddin Mehdiyev çıxışında müdafiə etdiyi Fuad Qəhrəmanlı, Əli Nuriyev, Abbas Quliyevin və digər təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin olmadığını iddia edib.

Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxslər barəsində cinayət işinə xitam verilməlidir.

O, həmçinin müdafiə etdiyi Abbas Quliyevə də bəraət verilməsini tələb edib.

Digər vəkil Fariz Namazlı hüquqlarını müdafiə etdiyi Tale Bağırzadə və Abbas Hüseynov barəsində verilən ittihamı qəbul etmədiklərini deyib, təqsirləndirilən şəxslərə bəraət verilməsini istəyib.

Cavad Cavadov da təqsirləndirilən Tale Bağırzadə və digərlərinə bəraət verilməsini istəyib.

Prosesdə fasilə elan olunub.

Fasilədən sonra təqsirləndirilən şəxslər son söz deyəcəklər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system