NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tacikistanda İŞİD-çilər qiyam etdi: 30-dan çox adam öldürüldü

Oxundu: 291
Tacikistanda İŞİD-çilər qiyam etdi: 30-dan çox adam öldürüldü

Taikistanın paytaxtı Düşənbə yaxınlığındakı həbsxanada İŞİD terror təşkilatına üzvlükdə ittiham olan məhbuslar qiyam edib. Nəticədə 30-dan çox adam öldürülüb.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda Tacikistan ədliyyə naziri müavini, baş cəza icrası idarəsinin rəisi Mənsurcon Umarov bildirib.

 

"Qiyam zamanı koloniyanın üç nəzarətçisi və 29 məhbus öldürülüb. Onlardan 8-ni məhbusların özləri öldürüb", - deyə Umarov qeyd edib.

 

Xatırladaq ki, Vəhdət şəhərində, təxminən 1500 məhbusun saxlandığı ciddi nəzarət koloniyasında bıçaq və digər kəsici əşyalarla silahlanmış 30 nəfərdən ibarət bir qrup məhbusun törətdiyi qiyam dünən yerli vaxtla 20:30 radələrində başlayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system