İSLAM

Oxundu: 122
Suyun və işığın lazımsız yerə işlədilməsi islama görə haramdır?

Suyun və işığın lazımsız yerə işlədilməsi islama görə haramdır?

Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz! (Əraf-31).

İslaminSesi.info- “Allah israf edənləri sevməz!”.

 

İlk öncə israfın nə mənada olduğuna baxaq:

 

“İsraf lüğətdə həddi aşmaq, bir şeyi qədərindən artıq işlətmək mənasındadır. Bu istər hər hansı bir malı lazım olduğundan artıq sərf etmək kimi kəmiyyətdə olsun, yaxud bir şeyi laiq olduğu yerdə işlətmək kimi keyfiyyətdə olsun. Elə bu səbəbdən bir malın özünə laiq (aid) olmadığı yerdə işlədilməsinə “təbzir”(yersiz), özünə aid olub lakin qədərindən artıq işlədilərsə “israf” deyilir”. (Dəstğeyb. Böyük günahlar-2. Səh-103)

 

Demək bir mal laiq olan yerdə işlədilər, lakin qədərindən artıq işlədərsə israfdır. Məsələn əlindəki suyu dəstəmaz üçün işlədir, lakin bununla belə 500 q kifayət etdiyi halda 900 q işlədir. Artıq hissə israfdır. Laiq olmadığı yerdə işlətmək isə təbzir adlanır. Məsələn bulanıq suyu olduğu halda əlində qalan təmiz, şəffaf suyu gülün dibinə tökmək kimi.

 

Su və işıq kimi bəzi xidmətlərdən ehtiyacdan artıq işlətmək, israf etmək barəsində “Vəkalətul-əbnail-hövzə” sayti Ayətullah Seyyid Şübeyri Zəncaniyə sual ünvanlayıb:

 

Sual: İşıq və suda israfa yol vermək şəriət etibarı ilə haramdır, yoxsa təkcə əxlaqi cəhətdən pislənilir?

 

Cavab: Ağıl sahiblərinin qəbahətli bildikləri israf şərən haramdır.

 

Yaşar Nuriyev

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system