Sürücülərin nəzərinə: Bakıda parklanma ödənişsizdir

Oxundu: 160
Sürücülərin nəzərinə: Bakıda parklanma ödənişsizdir

Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.

 

İslaminSesi bildirir ki, bu bardə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

 

M.Ağayev qeyd edib ki, Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir:

 

“Bir daha sürücülərimizdən Yol Hərəkəti Haqqında Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik. Unutmayaq ki, biz yollarda tək deyilik”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system