NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 44
Sürücüləri çaşdıran yol nişanları – VİDEO

Sürücüləri çaşdıran yol nişanları – VİDEO

Yolda avtomobillərin ötməsini bildirən xətlər olsa da, digər tərəfdən “Ötmə qadağandır” nişanı qoyulub. Mövcud vəziyyət Cəlilabad rayonunun mərkəzi prospektindədir.

İslaminSesi Xəzər TV-ə istinadən xəbər verir ki, 4 zolaqlı, iki hərəkət istiqamətli yol bir müddət əvvəl yenicə əsaslı təmir olunduqdan sonra burada eyni vaxtda bir istiqamətdə iki nəqliyyat vasitəsinin hərəkət etməsi üçün yol zolaqları çəkilib. Lakin yol kənarında bunun tam əksini göstərən yol nişanının – “Ötmə qadağandır” nişanın olması sürücüləri çaş-baş salır. Bir müddət öncə sözügedən yolda sağdakı avtomobili ötən rayon sakini Əbülfət Həsənovun övladına da yol polisi məhz bu məsələyə görə cərimə protokolu tərtib edib.

 

Əbülfət Həsənov iddia edir ki, burada yola çəkilmiş hərəkət zolaqlarını bildirən xətlə yol nişanı bir-birinin tam əksidir.

 

Sözügedən yolda hərəkət edən digər sürücülər də mövcud vəziyyətin onları çaş-baş saldığını etiraf edirlər.

Baş dövlət yol polisi idarəsinin şöbə müdiri Kamran Əliyev bildirdi ki, həmin yolda nişanın tələbi qüvvədədir. Ona görə də xətlər qırıq olsa belə, ötmək qadağandır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system