NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Sürücülərə TƏCİLİ xəbərdarlıq – Lökbatan – Xocahəsən yolunda ölüm saçan maneə

Oxundu: 4452
"

Lökbatan dairəsindən üzü Xocahəsən istiqamətində hərəkətdə olan sürücülərin həyatı təhlükədədir desək yanılmarıq.

 

İslaminSesi xəbər verir ki, bunu həmin yol ilə hərəkət edən sürücülər də təsdiqləyir.  Məhz həmin sürücülərdən biri yolun təhlükəli olduğunu sübuta yetirən video rolik çəkərək sosial şəbəkələrdə paylaşıb. Belə ki, vətəndaş öncəliklə  sözügedən yol qovşağında işıqlandırma sisteminin olmadığını dilə gətirir.  Yalnız yolda çəkilən qoşa zolaq vasitəsi ilə hərəkət etməyin və qarşı yola çıxmamağın mümkünlüyünü ifadə edir.  Üstəlik ikitərəfli yolu bir –birindən sadəcə qoşa ağ zolağın ayırdığını dilə gətirir.

 

Lakin vətəndaş yoldakı təhlükənin bununla bitmədiyini deyir. Belə ki,  sözügedən yol ilə hərəkət edərkən sürücülərin qarşısına böyük bir maneə çıxır.  Bu isə işıqlandırma sistemi olmayan yolda hərəkəti çətinləşdirir və insan həyatı üçün real təhlükə yaradır. Video rolikdən də göründüyü kimi, yol qovşağını ayıran bariellər  əsl təhlükə mənbəyidir. Ani diqqətsizlik insan həyatı ilə nəticələnə bilər. Nəzərə alaq ki,  yolda bu bariellərin olduğunu göstərən heç bir xəbərdarlıq  nişanı  qoyulmayıb.

 

Ümid edirik ki, sözügedən yolda heç bir hadisə baş vermədən aidiyyatı qurumlar müvafiq tədbirlər görəcəklər.  

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system