ÖLKƏ

Oxundu: 69
Sürücülər burada videolarını da izləyə biləcək - Yeni xidmət

Sürücülər burada videolarını da izləyə biləcək - Yeni xidmət

ASAN xidmətin sürücülər üçün yaratdığı xidmətlərdən biri olan Asanpay.az saytında elektron kabineti olan sürücülərə vacib xəbər var.

İslaminSesi avtosfer.az-a istinadən bildirir ki, bu işlər bitdikdən sonra sayta yeni bir özəllik əlavə edilib.

Bundan sonra elektron kabineti olan sürücülər onlara tərtib edilmiş elektron protokollara əlavə olunan videogörüntüləri rahatlıqla izləyə biləcək.

Elektron kabinetdən çıxarılmış videolardan birini təqdim edirik. Həmin video DYP avtomobilindəki İ-patrul sistemi vasitəsilə qeydə alınıb və sürət həddini aşan bir avtomobili qeydə alıb.

Hər bir sürücü qayda pozuntularına dair foto və videolarla tanış olmaq istəyirsə, Asanpay.az saytında qeydiyyatdan keçərək özünə elektron kabinet yaratmalıdır. Asanpay.az saytına daxil olduqdan sonra qeydiyyat üçün sadə proseduru keçib bu işi heç bir ödəniş etmədən həyata keçirə bilərsiniz ki, gələcəkdə hansısa qayda pozuntusu olarsa, dərhal məlumat ala və foto-videolarla tanış ola biləsiniz.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system