NAMAZ VAXTLARI:
  • FƏCR 05:04
  • GÜN 06:25
  • ZÖHR 12:34
  • ŞAM 18:59
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 309
Suriyanın raketləri Təl-Əvivin üzərindən keçib – İsrail KİV-ləri

Suriyanın raketləri Təl-Əvivin üzərindən keçib – İsrail KİV-ləri

“Suriyanın raketləri Hayfa və Təl-Əvivin üstündən keçib”

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, bu barədə İsrail mediası xəbərlər tirajlayıb.

 

İsrailin müxtəlif media müəssisələri məlumat veriblər ki, onlara yalnız bu gün icazə verilib ki, Suriyanın atdığı raketlər barədə məlumat versinlər.

 

Bu məlumatlarda bildirilib ki, ötən həftədə Suriyanın atdığı raketlərin bir qismi Hayfanın və Təl-Əvivin üzərindən keçərək dənizə düşüb və bu səbəbdən də Təl-Əvivdəki beynəlxalq Ben-Quriona hava limanı bir müddət fəaliyyətini dayandırmalı olub.

 

İsrailin tanınmış qəzeti “Ediot Axronot”da hərbi ekspert Eliks Fişmənin dərc edilən müsahibəsində bildirilir ki, son qarşıdurmada F-16 qırıcısı Suriyanın bir neçə qədimi və “axmaq” raketi ilə vurulub və İsrail bu qarşıdurmanı uduzub.

 

Xatırladaq ki, Suriya Havadan Müdafiə Qüvvələri ötən həftənin şənbə günü İsrailin təcavüzlərinə cavab olaraq sionist rejiminin bir F-16 qırıcısını məhv etmişdi.

 

Suriyanın hücum raketlərinin deyil, havadan müdafiə raketlərinin Təl-Əvivin üzərindən keçməsi bunu göstərir ki, İsrailin istifadə etdiyi çoxsaylı “Dəmir Gümbəz” və “Patriot” kimi havadan müdafiə sistemləri sionistlərin səmasınının təhlükəsizliyini lazımi şəkildə təmin etməyə qadir deyil. Bu isə o deməkdir ki, gələcək potensial müharibədə təkcə Hizbullah tərəfindən atılacaq 120 min raket yağışnın qarşısını heç cürə almaq mümkün olmayacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system