HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 381
Suriyanın Fua və Kəfərya qəsəbələri İnsan Haqları Təşkilatlarının səssizliyində bombalanır

Suriyanın Fua və Kəfərya qəsəbələri İnsan Haqları Təşkilatlarının səssizliyində bombalanır

İslaminsesi-nin RAST-a istinadla verdiyi məlumata görə, terrorçu qruplaşmalar mühasirəyə aldıqları Suriyanın İdlib əyalətinin şimalındakı Kəfərya və Fua qəsəbələrini yenidən bombalayıb.

Beynəlxalq cəmiyyət və insan haqları təşkilatları bu məsələdə hələ də səssizdirlər və bölgədəki günahsız insanlara tətbiq etdikləri zülm və zorakılığı dayandırmaq üçün təkfirçilərə təzyiq etməkdən çəkinirlər.

 

کفریا فوعه کشتار

 

Suriyada əldə olunan atəşkəsin əvvəlindən etibarən, yəni 10 gündür Beneş və Mara Misreayn qəsəbələrini işğal edən təkfirçi terrorçu qruplar, Fua və Kəfərya qəsəbələrinə olan raket və top hücumlarını artırıblar. Terrorçular hücumlarında "həmim" adlandırılan əldəqayırma raketlər istifadə edirlər. Bu hücumlarda ötən son 10 gün ərzində ən az 6 nəfər şəhid olub və onlarla insan yaralanıb.

 

 

"Terrorçular bu gün Kəfərya və Fuaya ən azı 25 raket və top atdılar və bu hücum bir çox insanın şəhid olmasına və yaralanmasına səbəb oldu və infrastruktura və xalqın evlərinə bir çox ziyan verdi" - deyə, Fuadan yerli mənbə bildirib.

 

Qəsəbələrdə mühasirə altındalı əhali isə soruşur: "Dünya niyə Fua və Kəfəryada mülki vətəndaşların öldürülməsi və onlara edilən zülmlər qarşısında səssizdir və reaksiya vermir? Bölgə xalqı xəstəlik, aclıq və soyuqla mübarizə aparır, güllələr qadınların və uşaqların cəsədlərini parçalayır. Xalqın sığınacağı nə bir ev, nə də bir xəstəxana var".

 

 

Terrorçuların dünən atdıqları toplar nəticəsində iki qəsəbə sakini dünyasını dəyişib, bir neçə nəfər yaralanıb.

 

 

Xatırlatmaq lazımdır ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərin bilavasitə başçılığı altında olan və Suriyada ən-Nusra Cəbhəsinin əmrindəki Ceyşül Fəth terror təşkilatı, 2 Avqust 2015-ci ildə İdlibin şimalındakı Fua və Kəfərya qəsəbələrini mühasirəyə alıb və demək olar ki, hər gün buranı top və mərmilərlə atəşə məruz qoyur.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system