NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Suriyadakı İŞİD teatrına son qoy və maskanı çıxart - Ərdoğan ABŞ-a

Oxundu: 401
Suriyadakı İŞİD teatrına son qoy və maskanı çıxart - Ərdoğan ABŞ-a

İslaminSesi.info türk mediasına istinadla xəbər verir ki, Türkiyə pezidenti Rəcəb tayyib Ərdoğan çərşənbə axşamı etdiyi çıxışı zamanı regionda baş verən hadisələrlə bağlı ABŞ rəsmilərinə sərt müraciətlər edib.

"Mənim (Türkiyənin) (Suriya ilə) 911 km sərhədim var. Sənin (ABŞ-a xitabən) Suriya ilə hansı sərhədin var? Nə əlaqən var? Sən imkanların daxilində buraya istədiyin kimi girə bilirsən, təyyarə istisna olmaqla, hər cür silahı gətirirsən. Pul verirsən. İlk gələn xəbərlər hazırda 550 milyon həcmində maddi dəstəkdir, amma bunun 3 milyard dollara qədər çıxacağına yönəlik də bu anda dedi-qodular var. Guya İŞİD-lə mübarizə üçün regiona çörəklənən (qəmiş olan) hər kəs indi İŞİD-lə bir olub Türkiyəyə qarşı açılan cəbhədə yer alır. Siz indiyədək İŞİD-lə hansı mübarizəni aparmısız?. Neçə dənə İŞİD-çini məhv etdiniz və ya İŞİD-çiləri haraya sövq etdiniz. Ortada heç bir həqiqət, qəbul edilə bilinəcək heç bir hərəkət yoxdur. Biz regionda kimin kiminlə birlikdə olduğunu, nə etdiyini, kimə hansı imkanların təmin edildiyini bircə-bircə təsbit edir, qeydə alırıq. Artıq heç kimin İŞİD bəhanəsindən istifadə etmə haqqı yoxdur, çünki hamısı da bu gün İŞİD-lə birgə hərəkət edir. Artıq Suriya və İraqdakı İŞİD teatrının sonu gəlmişdir. Buradan bütün tərəflərdən maskalarını endirib, zatən bildiyimiz həqiqi simaları ilə qarşımıza çıxmalarını xüsusilə tələb edirik", - deyə Ərdoğan qeyd edib. 

 

Ərdoğan nitqinin davamında ABŞ komandirinin Türkiyəyə xitabən "bizi vurarlarsa sərt qarşılıq verərik" şəklindəki sözlərinə cavab olaraq "ömürlərində heç Osmanlı şilləsi yemədikləri aşkardır", -deyə bildirib.

 

"Türkiyəni ürəklərinin istədiyi kimi girib-çıxdıqları, hər cür caniliyi edib heç hesab vermədikləri yerlərlə səhv salırlarsa çox yaxında elə olmadığını da görəcəklər".

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system