NAMAZ VAXTLARI:
  • FƏCR 05:30
  • GÜN 06:51
  • ZÖHR 12:26
  • ŞAM 18:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Suriyada yerdə qalan İŞİD-çilər tam mühasirəyə düşdülər

Oxundu: 355
"

Suriya Ordusu və müttəfiqləri Fərat çayının cənub-qərb sahillərindəki kəndləri tam şəkildə geri aldıqdan sonra İŞİD terror təşkilatının yerdə qalan qüvvələri ölkənin səhrasında mühasirəyə düşüblər.

İslaminSesi.info əl-İlam əl-Hərbi adlı media qurumuna istinadla xəbər verir ki, hərbi baxımdan süqut etmiş İŞİD-in yerdə qalan qüvvələri hazırda Suriya səhrasında 7 min kvadrat km ərazidə mühasirədədirlər.

 

Bu irəliləyiş, Bu-Kamal şəhərindəki qüvvələrin əl-Məyadin şəhərindən gələn qüvvələrlə birləşməsindən sonra baş tutub.

 

Bundan savayı İŞİD Fəratın şimal-şərqində və İraq sərhədlərinin yuxarı hissəsində pərakəndə formada qalıbdır.

 

İraq və İran ötən ay elan edib ki, İŞİD hərbi baxımdan süqut edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system