Suriyada qəbilə başçıları övladlarını SDQ-dən ayrılıb orduya qoşulmağa səslədi – Video

Oxundu: 95
Suriyada qəbilə başçıları övladlarını SDQ-dən ayrılıb orduya qoşulmağa səslədi – Video

Suriyada qəbilə başçıları övladlarını Suriya Demokratik Qüvvələrindən ayrılıb orduya qoşulmağa səslədi.

 

İslaminSesi.info  xəbər verir ki, qəbilə başçıları bunun Türkiyə hücumları qarşısında dayanmağın və Suriyanın bütövlüyünü qorumağın yeganə yolu olduğunu bildiriblər.

 

“Biz yaxşı bilirik ki, bu hücumlara Amerika tərəfindən xeyir dua verilib və məqsəd Amerika və Türk varlığını Suriyada əbədiləşdirməkdir.

 

Biz qəbilə və əşirət övladlarımızın Suriya Demokratik Qüvvələri sıralarından ayrılıb Suriya ordusunun sıralarına qoşulmağa çağırırıq. Bu Suriya sərhədlərini qorumağın yeganə qarantidir. Bu, Suriya milli bayrağını bütün Suriyanın coğrafi bölgəsi üzərində qaldırmaq, xarici təcavüzün qarşısını almaq üçündür” deyə Suriya Qəbilə Şurası bəyanat yayıb.

 

Mənbə- SANA.sy

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system