DÜNYA

Oxundu: 78
Suriyada növbəti terror aktı törədilib - 20 ölü, 30 yaralı var

Suriyada növbəti terror aktı törədilib - 20 ölü, 30 yaralı var

Suriyada İŞİD-dən geri alınan Dirazzur şəhərində qaçqın ailələrin toplaşdığı ərazidə partlayış törədilib.

İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, partlayış Dirazzur şəhərində bir minalanmış maşın vasitəsilə həyata keçirilib.

 

İŞİD-in bu terror aktında 20 sakin həlak olub və 30-u yaralanıb.

 

Suriya Ordusu və müttəfiqləri iki həftə olar ki Dirazzuru tam olaraq İŞİD-dən geri alıb.

 

Hazırda bölgədə strateji Bu-Kamal şəhərinin içində əməliyyat aparılır. Hərbi mənbələr Bu-Kamal şəhərinin də tam süqut etmə astanasında olduğunu bildiriblər.

 

Bu-Kamal Suriyada İŞİD nəzarətində qalan son şəhər idi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system