Suriyada neft zavodunda şiddətli partlayış baş verib - Ölən və yaralananlar var

Oxundu: 70
Suriyada neft zavodunda şiddətli partlayış baş verib - Ölən və yaralananlar var

Suriyanın Banyas şəhərində yerləşən neft emalı zavodunda partlayış baş verib.

İslaminSesi Suriya mətbuatına istinadla xəbər verir ki, Aralıq dənizi sahilində yerləşən neft emalı zavodunda partlayış baş verib.

 

Partlayış nəticəsində bir nəfər ölüb və 3 nəfər yaralanıb.

 

Məlumata görə Banyas neft emalı zavodundakı partlayış işçilərin təmir zamanı ehtiyatsız davranması səbəbindən baş verib. Nəticədə neft məhsullarının saxlanıldığı çənlərn birində yanğın və partlayış baş verib.

 

Suriyanın hərbi mənbələri partlayışın təxribat və hücum olduğunu istisna ediblər./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system