NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 1123
Suriyada ingilis kəşfiyyatı tərəfindən yaradılan “Ağ Dəbilqəli”lərlə bağlı dəhşətli faktlar

Suriyada ingilis kəşfiyyatı tərəfindən yaradılan “Ağ Dəbilqəli”lərlə bağlı dəhşətli faktlar

"Ofislərinin biri Dubayda, digəri isə İstanbul Karaköydədir"

İslaminSesi bildirir ki, uzun müddətdir Suriyada "Ağ Dəbilqəli”lər adlanan təşkilatın gördüyü işlər dünya mediasında manşetlərdədir. Dünyada bu qədər humanitar təşkilatın arasından niyə məhz bu təşkilatdan bəhs olunur?  

 Türkiyəli araşdırmaçı, yazar Səlim Kotil "Ağ Dəbilqəli”lər  haqqında belə danışır: "Ağ Dəbilqəli”lər deyilən dəstə var. Qutada mənzərəni yaradanlar onlardır.  "Ağ Dəbilqəlilər" 2013-cü ildə İngilis kəşfiyyatının  və ingilis kraliyyət ailəsininin əli ilə qurulan bir təşkilatdır. Bu təşkilatı Ceyms Le Messier adlı bir adam qurub. Bu Ceyms deyilən adam Bosniyada var idi, Kosovada var idi, İraqda, Fələstində və Livanda da var idi. Bu adam harada müsəlman qətliamı var orada görünür. Olduğu yerlərin hamısında da eyni şüarlar səsləndirir: "Müsəlmanların əlində qorxunc silahlar var". Bu Ceymsin quraşdırdığı təşkilatın hazırladığı saxta hesabata Türkiyə siyasəti təslim olub.

 

Bəs bu Ceymsin sponsoru kimdir? Mərkəzi Dubaydadır, digər ofisi hardadır? İstanbul Karaköydə. İndi bu Ceymsə inanan yoxdur. Çünki Ceymsin səhnə hazırladığı adamları Rusiya oradan çıxardı və onlar etiraf etdi ki, ingilislər bizə pul verdi və bütün olanlar uydurma idi. Rusiya bunun fitnə olduğunu və ingilislərin uydurması olduğunu söyləyir, amma Türkiyə deyir ki, bu düz söhbətdi. Baxın, Hucurat surəsində deyilir ki, sizə bir fasiq xəbər gətirsə onu araşdırmadan hansısa qövmə saldırmayın! Burada öldürülən, bombalanan müsəlmandır və təbliğatı da aparan ingilis kəşfiyyatıdır. İndiyə kimi Suriyada kimyəvi silahdan terror qruplaşmaları istifadə edib".

 

Səlim Kotillə yanaşı Liberty Report telekanalına müsahibə verən başqa bir araşdırmaçı-jurnalist isə "Bəyaz Dəbilqəlilər" haqqında belə deyir:

 

 

"Bu gün ABŞ-da onlar qəhrəman kimi mədh edilirlər. Suriyada olarkən həmin təşkilatı araşdırmamın bir parçası etdim. Orada olarkən Tartusa, Latakiyaya baş çəkdim. Ceyşül-İslamın əlində olan bölgələrə getdim. Bu ərazilər daim terrorist qruplaşmaların hücumlarına məruz qalırdı. Suriyanın real humanitar təşkilatlarından öyrəndiyim həqiqətlər mənim indiyə kimi dediklərimi dəstəkləyirdi. Fikrimcə "Ağ Dəbilqəlilər" NATO-nun və ABŞ-ın Suriyada kölgə dövlət yaratmaq məqsədi ilə qurulan bir işdir. Bu işi əvvəldə İraqda reallaşdırdılar, indi də Suriyada edirlər.

 

"Ağ Dəbilqəlilər" müstəqil bir təşkilat olduqlarını və heç kimdən dəstək almadıqlarını söyləsələr də, ən pis ehtimalla 100 milyon dollar alırlar. Amerikadan 23 milyon alırlar.  İngiltərədən isə Boris Conson 232 milyon paund göndərəcəyini açıqlamışdı.  Yaponiya, Danimarka, Hollandıya bir sıra ölkələr onlara pul ayırır. Almaniya 7 milyon verəcəyini bildirdi. Bu qədər pulu normal halda bir orduya qoysan nə qədər iş görülər. Sadə bir təşkilata bu qədər pul ayrılmaz. Hesabatlarımda göstərdiyim kimi saxta hesabatlar hazırladıqlarını sübuta yetirmişik. Onların silahlanmış halda terror törədərkən və ağ dəbilqə taxaraq rol dəyişdirdikləri çox sayda fotoları vardır. Bir daha söyləyirəm bu təşkilat sivil Suriya təşkilatlarını yox etmək üçün istifadə olunub. BMT bu gün müxtəlif qanadları olan ən böyük beynəlxalq təşkilatdır. Bu pullar niyə ona yatırılmır?

 

"Ağ Dəbilqəlilər" 2012-ci ildə Hələb işğal olunanda orada var idilər. Onda onlar 3 yanğınsöndürmə maşınını oğurladılar,  təşkilatların üzvlərini öldürdülər, kimisini qaçırdılar. Amma bu hadisələr barmaqla sayılası deyil. Bənzər hal Rəqqada, Deyr-əz-Zorda və bütün Suriyada yaşandı. Bu təşkilat terrorist qruplaşmalara dəstək üçün yaradılıb. Buna rəğmən bizim hökumətlərimiz tərəfindən insana ilk yardım edən təşkilat kimi dəyərləndirilir. Bir məsələ isə ümumlikdə könüllülərin çalışdığı bu təşkilatın bu qədər pula malik olmasıdır. Bu pullar hara gedir? Bu pular Suriyadakı silah ticarətinin üzərinə pərdə çəkmək üçün onlara verilir. Onlar Türkiyədə təlimləndirilir, sonra da yük maşınları və yanğınsöndürənlərlə Suriyaya keçirlər. Onlar terroristlərə silah və yardım götürmək üçün əla düşünülmüş kanaldırlar. Bu təşkilat Ceyms le Messuer tərəfindən hazırlanır. Bu şəxs çoxlu rənglərə sahib ingilis muzdurudur. “CİA” ilə, Buş və Obama tərəfindən maliyyələşdirilən "Qara Su" kimi təşkilatlarla əlaqəsi var. Vaxtilə Obama bu təşkilata sui-qəsd əməliyyatlarını davam etdirmək üçün 250 milyon dollar vermişdi".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system