Suriyada 450 terrorçu hökumət ordusuna hücum edib

Oxundu: 124
Suriyada 450 terrorçu hökumət ordusuna hücum edib

Suriyanın İdlib vilayətində 450 terrorçu iki istiqamətdən hökumət ordusuna hücum edib.

İslaminSesi xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Döyüşən Tərəflərin Barışıq Mərkəzi məlumat yayıb.

 

Məlumatda qeyd edilir ki, sutkanın qaranlıq vaxtında Əb-Creyf istiqamətindən "Türküstan İslam Partiyası" terror qruplaşmasının 200 silahlısı 20 ədəd pikap tipli avtomobil, bir tank, iki ədəd piyadaların döyüş maşını (PDM) və iki partlayıcı qurğularla yüklənmiş avtomobillə hücuma keçiblər.


Eyni vaxtda Maar-Şmarin-Krati istiqamətində də ümumi sayları 250 nəfər olan terrorçular hücuma keçiblər. Onlar hücumu iriçaplı pulemyotlarla təchiz edilmiş 34 pikap, iki tank, PDM və iki partlayıcı qurğularla yüklənmiş avtomobillə ediblər.


Terroçular cəbhə boyu 2.5 km uzunluğunda Suriya ordusunun dərinliklərinə doğru 1.3 km irəliləyə biliblər./Faktxeber.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system