Suriya xalqının "xilaskari" - Britaniyanın "ağ dəbliqə" casusu məscid yanında ölü tapıldı

Oxundu: 454
Suriya xalqının

Suriyanı qarışdıran agent öldü(rüldü)? - İstanbuldakı qətlin pərdəarxası

 

İstanbulda məscid divarının kənarında cəsədi tapılan şəxsin Suriyada “Ağ dəbliqəlilər” olaraq tanınan örgütə dəstək verən ehtiyatda olan ingilis zabiti James Gustaf Eduard Le Mesurier olduğu bəlli olub. 

 
İslaminSesi.info xəbər verir ki, "Qılıc Əli Məscidi"nin dibində əlləri və ayaqları sınmış, üzü kəskin alətlə kəsilmiş halda tapılan Le Mesurier Suriyadakı fəaliyyətləri ilə tanınırdı. Belə ki, o, 2016-cı ildə “Suriyada mülki müdafiə xidmətləri və dinc əhalinin qorunmasındakı xidmətlərinə görə”, İngiltərə kraliçası tərəfindən “cəngavər” titulu alıb.
 

48 yaşlı Le Mesurierin şübhəli ölümü polis qeydlərinə “yüksəkdən düşmə” olaraq, yazılıb.

 

İngiltərə Xarici İşlər Nazirliyində kritik vəzifələr tutan Le Mesurier Bosniya və Kosovadakı şübhəli NATO əməliyyatlarında, habelə İraq, Liviya, Fələstin kimi ölkələrdə ciddi rol oynayıb.

 

Onun dəstəklədiyi “Ağ baretlilər”in İngiltərə və ABŞ tərəfindən üç min könüllü ilə qurulduğu da bildirilir.

 

Belə bir şəxsin sui-qəsdə qurban gedəcəyi və ilkin şübhələr polis tərəfindən araşdırılır./yenicag.az/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system