NAMAZ VAXTLARI:
  • FƏCR 03:42
  • GÜN 05:21
  • ZÖHR 12:37
  • ŞAM 20:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Suriya və İsrail arasında Colan yüksəklikləri uğrunda müharibə başlana bilər

Oxundu: 702
Suriya və İsrail arasında Colan yüksəklikləri uğrunda müharibə başlana bilər

İsrail plato üzərində nəzarətdən imtina etməsə, Suriya Colan yüksəkliklərini hərbi yolla azad etməyə hazırdır.

İslaminSesi-nin verdiyi məlumata görə, Al Rai Al Youm qəzeti yazır ki, bu haqda Suriya xarici işlər nazirinin müavini Feysəl əl-Miqdad bildirib.

 

O, müvafiq məktubu BMT-ın Yaxın Şərqdəki sülh qüvvələrinin komandiri, general Kristin Lunda ünvanlayıb.

 

Məktub İsrail baş naziri Binyamin Netanyahunun, ABŞ-ın İsraildəki səfiri Devid Fridmanın və Amerika senatoru Lindsi Qremin Colana səfərindən sonra yazılıb.

 

Lindsi Qrem ölkəsinə qayıtdıqda bildirmişdi ki, Colan yüksəkliklərinin İsrail ərazisi kimi tanınmasına nail olmağa çalışacaq.

 

Bu bəyanat təkcə Suriya nümayəndələrinin etirazına səbəb olmayıb. Məsələn, Barak Obama administrasiyasında Yaxın Şərqdə xüsusi elçi postunu tutmuş Martin İndik sosial şəbəkələrdə yazıb ki, "Colan yüksəklikləri Suriya torpağıdır, bunu qəbul etməmək isə, odla oynamaq deməkdir".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system