NAMAZ VAXTLARI:
  • FƏCR 04:24
  • GÜN 05:52
  • ZÖHR 12:39
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Suriya və İraq Xarici İşlər Nazirləri bir arada

Oxundu: 422
Suriya və İraq Xarici İşlər Nazirləri bir arada

İraq Xarici İşlər Naziri nümayəndə heyəti ilə birgə Suriyaya səfər edib.

“İslaminSesi” Shafaqnaya istnadən bildirir,Suriya Xarici İşlər Naziri Vəlid Müəllim dünən axşam İraq Xarici İşlər Naziri İbrahim Cəfəri başçılıq etdiyi nümayəndə heyəti ilə qarşılayıb.

 

Görüşdə terrorizmlə mübarizə səylərində iki ölkə arasında mövcud olan koordinasiyanın gücləndirilməsi, regional və beynəlxalq sahədə müxtəlif məsələlər müzakirə olunub.

 

Görüşdə hər iki qardaş ölkə arasında bir-birini bağlayan qardaşlıq və əməkdaşlıq münasibətləri, dərin tarixi və coğrafi bağlar, bu əlaqə və münasibətlərin ortaq əhəmiyyətli daşıyan bütün məsələlər, o cümlədən iki ölkə arasında sərhəd keçidlərinin yenidən açılmasının vacibliyi də müzakirə olunub.

 

Suriyadakı vəziyyət haqqında məlumat verən Xarici İşlər Naziri Vəlid Müəllim, Suriya xalqının bütün torpaqların azad olunana qədər terrorçu təşkilatlarla mübarizə aparacağını və Suriyanın keçirdiyi böhranın tezliklə sona çatacağını bildirdi.

 

İraq Xarici İşlər Naziri də, region və dünya ölkələrinin Suriya mövqeyini və Suriya xalqının bütün dünyanın yerinə terrorla mübarizə apardığını vurğulayaraq, xalqına inam, sabitlik və tərəqqi arzulayıb.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system