Suriya-Türkiyə savaşı: Rusiyanın mövqeyi nədir? - Trofimçuk

Oxundu: 137
Suriya-Türkiyə savaşı: Rusiyanın mövqeyi nədir? - Trofimçuk

Unutmaq olmaz ki, Türkiyə situasiyadan asılı olaraq Rusiya və ya İranla əməkdaşlıq etsə də, NATO üzvüdür.

Bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk İdlibdə türk əsgərlərinə edilən hücumu şərh edərkən deyib.

 

Ekspertin sözlərinə görə, Ankaranın Suriyada öz maraqları var və Ərdoğan Əsədi həmişə özünə düşmən hesab edib:


“Türkiyə-Suriya qarşıdurması ABŞ layihəsidir. 2013-cü ildən rəsmi Vaşinqton Türkiyəni bu çərçivəyə salmaq üçün əlindən gələni edir. Bu layihə Türkiyəni tamamilə qane etməsə də, bəzi nüanslara görə qane etdiyini deyə bilərik. Məsələn, Türkiyə PKK və bufer zonaları ilə olan problemlərinin həllindən razıdır”.


Politoloqun fikrincə, Ərdoğan rəsmi Moskva ilə mübahisə etmək istəməsə də, Türkiyəni buna məcbur edirlər:


“Qüvvələrinin Suriya ərazisindən çıxarılması ilə bağlı ABŞ-ın son açıqlaması da sonda Rusiya-Türkiyə münasibətlərini pozmağa hesablanmış addım idi. Moskva ilə Ankara arasında soyuma və istiləşmə dövrləri olub, var və olacaq. Lakin Rusiya ilə müharibə Türkiyənin planlarına daxil deyil.


Rusiyanın özü dəfələrlə elan edib ki, Suriyada hazırkı hökumət qüvvələrini qorumaqla deyil, terrorla mübarizə aparmaqla məşğuldur. Buna görə Suriya ordusuna verdiyi dəstək göstərilən çərçivədədir. Əsədin Türkiyəyə qarşı apardığı müharibə burada yerləşdirilən rus bölmələrinin planlarına daxil deyil”.


Qeyd edək ki, ötən gecə Rusiya ordusunun hücumu nəticəsində 33 türk əsgəri şəhid olub. Türkiyə buna cavab olaraq Suriya ordusunun bütün hədəflərinə ardıcıl zərbələr endirir./axar.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system