DÜNYA

Oxundu: 118
Suriya prezidenti Bəşər Əsəd Soçidə Vladimir Putinlə görüşüb - Bəyanatlar

Suriya prezidenti Bəşər Əsəd Soçidə Vladimir Putinlə görüşüb - Bəyanatlar

İslaminSesi.info kremlin.ru-ya istinadla xəbər verir ki, Suriya Ərəb Respublikasının prezidenti Bəşər Əsəd noyabrın 20-də Rusiya Federasiyasına işgüzar səfər edib və həmkarı Vladimir Putinlə danışıqlar aparıb.

Görüş zamanı Rusiya prezidenti Bəşər Əsədi salamlayıb və Suriya ordusunun hərbi nailiyyətlərinə görə təbrik edib.

 

"Bilirsiniz ki, birisi gün burada, Soçidə həmkarlarımla - Türkiyə prezidenti və İran prezidenti ilə görüş nəzərdə tutulub. Və biz razılaşmışdıq ki, biz sizinlə öz şəxsi görüşlərimiz zamanı da əlavə məsləhətləşmələr aparacağıq. Ən əsas məsələ, əlbəttə, terrorçuların darmadağınından sonrakı dinc siyasi həll, Suriyada uzunmüddətli vəziyyətin həlli məsələsidir", - deyə Putin qeyd edib.

 

Suriya prezidenti öz növbəsində Putinə təşəkkür edib və Suriya daxili vəziyyətlə bağlı açıqlamalar verib.

 

"Rusiyanın başladığı uğurla keçən əməliyyatdan iki il və bir neçə həftə keçməsindən sonra Sizinlə görüşə çox şadam. Bu dövr ərzində bilavasitə həm döyüş meydanında həm də siyasi cəhətdən böyük uğurlar qazanılıb. Suriyanın bir çox rayonlarını terrorçulardan azad etmək mümkün olub və bu rayonlara əvvəllər oranı tərk etmək məcburiyyətində qalan suriyalılar qayıda biliblər".

 


"Etiraf etmək lazımdır ki, bu əməliyyatlar Suriyada siyasi tənzimləməni irəlilətməyə imkan verib - və... ilk növbədə BMT Nizamnaməsinin dövlətimizin müstəqilliyi və suverenliyinə hörmət əsasındakı prosesi. Belə mövqe(nin üzərində-red.) Astanada da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlarda durulurdu. Bu isə artıq bu günlərdə milli dialoq Konqresinin keçirilməsi planlarına da aiddir. Və indi bizim həm gələn Konqres, həm də qarşıdakı sammiti, eləcə də bundan sonra atılacaq addımlarla bağlı öz mövqelərimizi koordinasiya etmək üçün gözəl imkanımız var", deyə Bəşər əsəd bəyan edib.

 

Suriya prezidenti, həmçinin ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qoruya bildiklərini və bunda etdiyi köməyə görə Suriya xalqının təbriklərini və minnətdarlığını Putinə çatdırıb.

 

B.Əsəd: Bu mərhələdə, xüsusilə, terrorçular üzərində qələbə əldə etdikdən sonra siyasi prosesin irəliləməsində maraqlıyıq. Və hesab edirik ki, siyasi baxım və yerlərdə yaranan vəziyyət bizə siyasi prosesdə irəliləyişə ümid etməyə imkan verir. 

 

"Biz geriyə boylanmaq istəmirik. Siyasi həllə həqiqətən maraqlı olan bütün kəsləri (dövlətləri-red.) salamlayırıq, biz onlarla dialoq aparmağa hazırıq".

 

V.Putin: Çox yaxşı. Siz indi hərbi əməliyyatların başa çatdığını bildirdiniz. Düşünürəm ki, terrorizm problemi qlobal xarakter daşıyır. Terrorizm üzərində tam qələbə, əlbəttə, hələ çox var. Amma Suriya ərazisində terrorçular ilə mübarizədə birgə işimizə gəldikdə bu hərbi əməliyyat, həqiqətən başa çatır.

.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system